«Susuzluq və məhəbbət» Fayt Helmerin Azərbaycanda ilk işi deyil. Keçən il o, Şəkidə gənc azərbaycanlı kinematoqrafçılar üçün seminarlar təşkil edib. Bundan başqa, Faytın rəhbərliyi ilə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri «Xəzər Gəlini» adlı qısametrajlı bədii film çəkiblər. Bu film beynəlxalq festivallarda kifayət qədər uğurla çıxış edir, mükafatlar alır.