Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:12

28 yaşlı azərbaycanlı professor


28 yaşlı azərbaycanlı professor Vahid Carusi
28 yaşlı azərbaycanlı professor Vahid Carusi

Budəfəki «Qlobus»un iştirakçısı Kanadada yaşayan gənc azərbaycanlı alim, 28 yaşında professor dərəcəsi alan kompyuter mühəndisi Vahid Carusidir. Vahid Carusi İran azərbaycanlılarındandır, Miyana şəhərində anadan olub. Əvvəlcə Miyanada, sonradan isə Təbriz və Tehranda təhsil alıb, 2001-ci ildə təhsilini davam etdirmək üçün Kanadaya gəlib. 2006-cı ildə doktoranturanı bitirib və professor dərəcəsi alıb. Vahid Carusi deyir ki, bu il Bakıda olub bir neçə universitetə və Azərbaycan Milli Elmlər Akademiyasına baş çəkib. Onun fikrincə, Azərbaycan elminin problemləri dövlətin elmə, elmi tədqiqatların aparılmasına lazımi qayğı göstərilməməsi ilə bağlıdır. Eyni zamanda o, deyir ki, Azərbaycanın kifayət qədər güclü elmi potensialı var.


Norveçdəki azərbaycanlılar


Xaricdə yaşayan azərbaycanlıların fəaliyyətindən bəhs edən «Qlobus»un daha bir süjeti Norveçdəndir. Şəfa Abdullayeva Norveçin Stavanger şəhərində yaşayır. Özü Bakıdandır, 1997-ci ildə yoldaşının işi ilə bağlı ailəlikcə Norveçə köçüb. Stavanger şəhəri Norveçdə azərbaycanlıların ən çox yaşadığı şəhərlərdən biridir, çünki burada Norveçin neft şirkətləri yerləşir. Burada çalışan azərbaycanlıların çoxu da elə neft sektorunda işləyir. Şəfa Abdullayeva həm də Azərbaycan-Norveç Cəmiyyətinin İdarə Heyətinin üzvüdür. Şəfa Abdullayeva deyir ki, Norveçdəki həyat tərzi Azərbaycandakından çox fərqlidir. Şəfa xanım: «Bakıda uşaq böyütmək o mənada çətindir ki, geyimə, başqa şeylərə pul çatmır. Burda isə (yəni Norveçdə) uşaqlar çox azaddır. Burada uşaqları bizim mədəniyyətlə tərbiyə eləmək çox çətindir».


Şəfa xanım deyir ki, uşaqlar günün böyük hissəsini evdən kənarda keçirdiyi üçün Azərbaycan dilini unudurlar, çünki məktəbdə, dostlarıyla, hətta azərbaycanlı uşaqlar öz aralarında da Norveç dilində danışırlar. Bunun üçün Norveçdəki azərbaycanlılar uşaqlarının ana dilini unutmaması üçün cəmiyyət çərçivəsində bəzi tədbirlər görürlər.


Londonda Anadolu musiqi festivalı


Bu günlərdə Londonun mərkəzində Anadolu musiqi festivalı keçirildi. Festivalı Böyük Britaniyanın türk icması təşkil edib. Azərbaycan sənətçiləri də həmin festivala qatılıb. Londondakı Azərbaycan Gənclər klubunun rəhbəri Vüsal Həmzəyev deyir ki, Britaniyada yaşayan azərbaycanlı Xanəndə Sahib Əsədovun ifa etdiyi muğam və Azərbaycan milli rəqsləri sürəkli alqışlarla qarşılanıb.


DİNLƏYİN!


XS
SM
MD
LG