Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:42

Yeni telekanalların və radioların açılması şərtləri sərtləşdiriləcək


Rabitə Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov «Azadlıq» radiosuna bildirib ki, lisenziyanı Milli Teleradio Şurası verir. Yeni telekanalların və radioların açılması üçün texniki şərait də mövcuddur. Ancaq buna baxmayaraq, tələblərin sərtləşdirilməsinə ehtiyac var. Belə ki, ölkə ərazisində, əsasən də sərhəd bölgələrində telekanalların ötürücülərinin gücü az olduğundan, qonşu ölkələrdə yayımlanan kanalların Azərbaycan efirinə müdaxiləsi baş verir.


Müşfiq Əliyev deyir ki, bu problemi aradan qaldırmaq üçün bundan sonra lisenziya alınırkən bütün texniki tələblərə riayət olunması tələb ediləcək.


XS
SM
MD
LG