Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:51

İki minə yaxın tələbə yeri boş qalıb


Ali məktəblərə qəbul imtahanı, 29 iyul 2006
Ali məktəblərə qəbul imtahanı, 29 iyul 2006

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2006-2007-ci tədris ili üçün ali məktəblərə qəbul olanların siyahısını açıqlayıb. İlkin məlumatlara görə, ali məktəblərə sənəd verən 105 mindən artıq abituriyentdən 24 minə yaxını tələbə adını qazanıb.


TQDK-nın İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Elnur Nağızadənin «Azadlıq» radiosuna verdiyi məlumata görə, ötən illə müqayisədə bu il 600-dən yuxarı bal toplayanların sayı daha çoxdur.


Bu il abituriyentlərə təklif olunan 27 dövlət, 13 özəl ali məktəbə plan üzrə yerlərin ümumi sayı 26 minə yaxın olub. Bu, ötən ilkindən təxminən 3000 yer azdır. Builki azalma daha çox özəl ali məktəblərdəki ixtisarlar hesabına baş verib.


Qəbul qaydalarının 8-ci bəndinə əsasən, ali məktəblərin bütün şöbələrinə (əyani, axşam, qiyabi) qəbul olan abituriyentlər avqustun 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməli, TQDK tərəfindən ali məktəblərə təqdim olunmuş “Qəbul olanların siyahısı”nda imza etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.


2006/2007 TƏDRİS İLİ QƏBUL İMTAHANLARININ NƏTİCƏLƏRİNİ TQDK-NIN RƏSMİ SAYTINDAN ÖYRƏNƏ BİLƏRSİZ


XS
SM
MD
LG