Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:39

Hacı Məmmədov terrorun qarşısını alıbmış?


Avqustun 24-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərin məhkəməsi sabiq polis zabitinin dindirilməsiylə davam etdi. Hacı Məmmədov dedi ki, ötən il oğurladıqları Beynəlxalq Bankın İdarə Heyəti sədrinin həyat yoldaşı Zamirə Hacıyeva ilə onun müxtəlif məsələlər, o cümlədən «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətliylə bağlı söhbətləri olub.


Vəkil Aslan İsmayılovun suallarının cavablandıran Hacı Məmmədov əvvəlki məhkəmə iclasında terrorla bağlı dediklərinə aydınlıq gətirdi. Onun sözlərinə görə, bir neçə il əvvəl milliyyətcə çeçen olan bir neçə nəfər Bakıdan Türkiyəyə gedən turist avtobusuna silahlı basqın edib onu Çeçenistana qaçırmalı və Azərbaycan hökumətindən 10 milyon dollar istəməli imişlər. Ancaq onun dəstənin başçı Ruslan Ukuşovu şəxsi motivlərə görə qətlə yetirməsindən sonra plan baş tutmayıb.


Məhkəmənin bugünkü iclasında həm bir neçə vəkil, həm də Hacı Məmmədov istintaqın yarımçıq aparılmasından və bəzi məsələlərin qaranlıq qalmasından narazılıq elədilər.


Hacı Məmmədov və onun rəhbərlik etdiyi bildirilən 26 nəfərlik dəstə adam oğurluğu və qətllər törətməkdə ittiham olunurlar.


XS
SM
MD
LG