Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:34

Ukrayna prezidenti müxalifət liderləri ilə görüşməyəcək


Bu, Viktor Yuşşenkonun Azərbaycana ilk səfəridir
Bu, Viktor Yuşşenkonun Azərbaycana ilk səfəridir

Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfəri zamanı yalnız rəsmilərlə - ölkə başçısı İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcəyi və parlamentdə çıxış edəcəyi planlaşdırılır. Onun müxalifət partiyalarının liderləri ilə görüşləri gözlənilmir. Bu haqda Ukraynanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili İqor Kızima «Azadlıq» radiosuna məlumat verib: «Prezidentin səfəri o qədər dolğundur ki, çətin ki, müxalifətlə görüşlər nəzərə alınsın. Düzdür, səfər proqramı tam dəqiqləşməyib. Biz hələlik başlıca məqamları razılaşdırırıq».


2004-cü il Ukraynadakı prezident seçkisi və «Maydan» hadisələri zamanı Azərbaycan müxalifətinin liderləri Kiyevdə olaraq, «narıncı inqilabı» dəstəklədiklərini bildirmiş, bəzi müxalifət partiyaları ilə əməkdaşlıqla bağlı sənədlər imzalanmışdı.


İqor Kızima deyir ki, Viktor Yuşşenkonun sentyabrın 7-8-nə planlaşdırılan səfəri zamanı altı sənədin imzalanacağı gözlənir. Bu, Viktor Yuşşenkonun Azərbaycana ilk səfəridir.


XS
SM
MD
LG