Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:19

Mikloş Haraşti Azərbaycanda jurnalistlərə qarşı aparılan məhkəmə proseslərindən narahatdır


ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti Azərbaycanda jurnalistlərə qarşı aparılan məhkəmə proseslərindən narahatdır və belə vəziyyətdən çıxış yolu kimi qanunlarda dəyişikliklər eləməyi təklif edib.


Azərbaycan prezidenti İlham Əliyevə məktubunda cənab Haraşti yazır ki, son vaxtlar jurnalistlərə qarşı qaldırılan məhkəmə prosesləri onu göstərir ki, 2005-ci ilin mart ayında prezidentin irəli sürdüyü təşəbbüs əməldə həyata keçirilmir. O vaxt prezident məmurları jurnalistlərə qarşı məhkəmə işləri qaldırmamağa çağırmışdı.


Prezidentə məktubunda cənab Haraşti bir məsələyə diqqət yetirir ki, iddiaçıların hamısı məmurlardır. ATƏT-in bəyanatında deyilir ki, jurnalistlərə qarşı cinayət işlərinin qaldırılmasına tez bir zamanda hüquqi moratorium qoyulmalıdır. Şərəf və ləyaqətin təhqir olunması ilə bağlı məsələlər mülki qanunvericiliklə tənzimlənməlidir. Eyni zamanda, mülki qanunlar da dəyişməlidir və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prinsipləri ilə uyğunlaşdırılmalıdır. Xüsusilə də, maddi cəzalandırma ilə bağlı cərimələrin həddi müəyyən edilməlidir. Eyni zamanda mülki qanunlarda etiraf edilməlidir ki, ictimai fiqurlar sərt tənqidlərə daha dözümlü olmalıdır, nəinki adi adamlar.


Bildirilir ki, ATƏT Azərbaycanda jurnalistlər üçün iş şəraitinin yaxşılaşdırılması məqsədilə bu islahatların aparılmasında Azərbaycana yardım göstərməyə hazırdır.


XS
SM
MD
LG