Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:21

Bu il həbsxanalarda intihar hallarının sayının 4-də çatdığı bildirilir


Sentyabrın 8-də «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində «Ömürlük azadlıqdan məhrumetmə cəzasının icrası problemi» mövzusunda dəyirmi masa keçirib. Tədbirdə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş idarəsinin şöbə rəisi, hüquq müdafiəçiləri, psixoloqlar iştirak edib.
İctimai Birliyin sədri Kamil Səlimov bildirib ki, ölkədə ömürlük həbs cəzasına məhkum edilmiş 89 məhbus var və onların əksəriyyəti qəsdən adamöldürmədə ittiham olunur: «Bu il ömürlük cəzaçəkmə müəssisəsində 2 məhbus intihar edib. Monitorinq zamanı bəlli olub ki, Qobustan həbsxanasında cəzaçəkmə rejimi digər cəzaçəkmə müəssisələrlə müqayisədə daha sərtdir». Tədbirdə sadalanan problemlər arasında həbsxana işçilərinin əmək haqqının aşağı olması, məhkumların işləməməsi, din xadimlərinin həbsxanalara baş çəkməməsi və sair məsələlər də olub.


Psixoloq alim Ağabəy Sultanov isə həbsxanalarda insanların intihar etməsini psixoloji, hüquqi, sosial səbəblərdə axtarmağı vacib sayıb.
Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş idarəsinin şöbə müdiri Rafiq Ramazanov bu il həbsxanalarda intihar hallarının sayının 4-də çatdığını bildirib.


XS
SM
MD
LG