Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 09:00

Bakıda İslam ölkələrinin turizm nazirlərinin 5-ci konfransı açılıb


İslam Konfransı Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin 5-ci konfransı, Bakı, 9 sentyabr 2006
İslam Konfransı Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin 5-ci konfransı, Bakı, 9 sentyabr 2006

Sentyabrın 9-da Bakıda İslam Konfransı Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin 5-ci konfransı işə başlayıb.


Konfransda İKT-yə üzv dövlətlər arasında turizm mübadiləsinin artırılması, İslam ölkələri arasında turizm axınının müəyyənləşdirilməsi və sair məsələlərin müzakirə ediləcəyini bildirən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin fikrincə, bu tədbirdən sonra İslam ölkələrindən Azərbaycana turist axını artacaq.


Əbülfəz Qarayevin sözlərinə görə, konfransın birinci və ikinci günü – sentyabrın 9 və 10-da tədbir iştirakçılarının Bakı bəyannaməsini müzakirə etməsi nəzərdə tutulur.


Sentyabrın 11-də isə prezident İlham Əliyevin konfransda iştirak edəcəyi gözlənilir.


Tədbirdə 37 ölkə təmsil olunur. İştirakçılar arasında bir neçə beynəlxalq qurumun rəhbərləri ilə yanaşı, İKT-nin baş katibi İkmaləddin İhsanoğlu və Ümumdünya Turizm Təşkilatının baş katibi Françesko Francialli də var.


İKT ölkələri turizm nazirlərinin Bakıda keçirilən 5-ci konfransı sentyabrın 13-də başa çatacaq. Tədbirin sonunda Bakı bəyannaməsi qəbul ediləcək.


İKT 1969-cu ildə yaradılıb. Təşkilatın 57 üzvü var. Azərbaycan 1992-ci ildən bu təşkilatın üzvüdür. Bir müddət əvvəl Bakıda İKT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin 33-cü sessiyası keçirilib.



XS
SM
MD
LG