Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:09

Noyabrda Azərbaycanda Uşaq Parlamenti fəaliyyətə başlayacaq


Bu ilin noyabrında Azərbaycanda Uşaq Parlamenti fəaliyyətə başlayacaq. Parlamentə seçkilər oktyabrın ikinci yarısında keçiriləcək. Uşaq Parlamentinin yaradılması üzrə layihənin rəhbəri Milli Məclisin deputatı Məlahət Həsənovanın sözlərinə görə, seçkidə hər rayon üzrə 2005-ci il ali məktəblərə tələbə qəbulunda ən yüksək nəticə göstərmiş orta məktəblərin 2-3 şagirdi iştirak edəcək: «Seçki nəticəsində seçilmiş 85 nəfər şagird Uşaq Parlamentində təmsil olunmaqla öz rayonlarındakı uşaqların, ölkədəki qaçqın və məcburi köçkün düşmüş ailələrin uşaqlarının problemlərini tribunadan səsləndirmək imkanı qazanacaq». Xanım Həsənova deyir ki, Uşaq Parlamenti həm də bu ilin sonunda keçirilməsi nəzərdə tutulan növbəti Dünya Uşaq Assambleyasında Azərbaycanı təmsil edəcək.


Hazırda Bakıda və bölgələrdə parlamentə namizədlər arasında treninqlər keçirilir.


XS
SM
MD
LG