Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:01

«Zamirə Hacıyevanın oğurlanmasından Hacı Məmmədov DİN-də işləyən bir neçə adama da pul verməli idi»


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərin məhkəməsi davam edir. Sentyabrın 15-i məhkəmə təqsirləndirilən Elşən Mirzəyevin vəkili Ülvi Yusifovun qaldırdığı vəsatəti təmin etmədiyini elan etdi. Vəkil müdafiə etdiyi şəxsin adının təqsirləndirilən digər şəxslər tərəfindən heç bir cinayət işində çəkilməməsini əsas göstərərək, onun azadlığa buraxılmasına dair sentyabrın 14-də vəsatət qaldırmışdı.


Daha sonra məhkəmədə təqsirləndirilən Fərhad Məmmədbəyovun sərbəst ifadəsi dinlənildi. 15 epizod üzrə ittiham olunan Fərhad Məmmədbəyov sürücü olduğundan çox vaxt hansı işin dalınca getdiklərindən xəbərsiz olduğunu bildirdi. Onun verdiyi ifadəyə görə, Hacı Məmmədov «yuxarılarda adamım var» deyəndə DİN Baş Cinayət-Axtarış İdarəsinin rəisi Zakir Nəsirovu nəzərdə tuturdu: «Zamirə Hacıyevanın oğurlanması işi baş tutsaydı, Hacı Məmmədov Zakir Nəsirova ev alıb verəcəkdi. Ondan başqa, Daxili İşlər Nazirliyində işləyən bir neçə adama da pul verməli idi».


Təqsirləndirilən Fərhad Məmmədbəyovun dindirilməsi günün ikinci yarısında da davam etdiriləcək.


Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilir.


XS
SM
MD
LG