Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:19

«Yeni Fikir»çilər onlara bəraət verilməsini istəyirlər


Sentyabrın 15-də Apellyasiya Məhkəməsində hakim Rəsul Səfərovun sədrliyi ilə «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli, onun müavinləri Ramin Tağıyev və Səid Nurinin apellyasiya şikayəti ilə bağlı dinləmələr keçirilib. «Yeni Fikir»çilər ifadələrində bildiriblər ki, ittihamda göstərildiyi kimi, onlar dövlət əleyhinə çıxışlar etməyiblər. Gənclər ittiham üzrə özlərini günahkar saymadıqlarını, məhkəmədən onlara bəraət verilməsini istəyiblər.


Məhkəmə prosesi sentyabrın 18-də davam edəcək.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Ruslan Bəşirli 7il, Ramin Tağıyev 4 il azadlıqdan məhrum edilib, Səid Nuri isə 5 il şərti cəza alıb.


XS
SM
MD
LG