Sentyabrın 19-da Bakı Muzey Mərkəzində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) «Qadınlar və müharibə» adlı fotosərgi açıb. Müəlliflər öz fotolarında dünyanın ayrı-ayrı ölkələrində silahlı münaqişələrdən əziyyət çəkən qadınları, müharibə səhnələrini təsvir ediblər. 50-dən artıq fotoda Avropa, Afrika, Cənubi Qafqaz, Amerika və Asiyada baş verən münaqişələr əks olunur. Fotolar arasında Qarabağ münaqişəsini əks etdirən iki şəkil də var.
«Qadınlar və müharibə» adlı bu sərgi ilk dəfə 2002-ci ildə İordaniyanın paytaxtı Əmmanda keçirilib. Daha sonra Parisdə, Beyrutda, Cenevrədə, Budapeştdə, Daşkənddə, Moskvada, Nalçikdə, Qroznı və şəhərlərdə göstərilib. Sərgi sentyabrın 25-ə qədər davam edəcək.