GİN-in Gənclərlə İş Şöbəsinin məsləhətçisi Elnar Mehdiyev deyir ki, bu, Azərbaycanın kompyuter oyunçularının dünyaya çıxması üçün yaxşı şansdır: «Qalib gələnlər dünya çempionatına qatılacaqlar. Gənclər arasında informasiya biliklərinin artırılması baxımdan da yaxşı vasitədir».
Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Quliyev də çempionatın keçirilməsini alqlışlayır: «Kompyuter oyunlarının tərkibində zehni inkişaf etirmək, alternativ vəziyyətlərdə nə edə bilmək imkanları var. Son məqsəddə gənclərin informasiya mədəniyyətini formalaşdıracaq».
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə çempionatın təşkilatçılarına milli oyunlar hazırlamağı məsləhət görür: «Azərbaycanın özünün milli oyunları olsa, yaxşı olar. Bu cür oyunlar yaradıb çempionat keçirmək uğurlu alınardı».
İlk milli çempionatda qalib gələn oyunçular oktyabrın 18-də İtaliyada keçiriləcək kompyuter oyunları üzrə dünya çempionatına qatılacaqlar.