Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:29

Qiymətli kağızlar bazarında artım olduğu deyilir


Bu ilin 8 ayı ərzində ötən ilin uyğun dövrü ilə müqayisədə qiymətli kağızlar bazarında 2 dəfə artım olub. Qiymətli Kağızlar Komitəsinin direktoru Gündüz Məmmədovun verdiyi məlumata görə, bura səhmlərin buraxılışı, korporativ və qısa müddətli istiqrazların buraxılışı daxildir. Cənab Məmmədov deyir ki, irəliləyiş olsa da, Azərbaycanın qiymətli kağızlar bazarının dünya səviyyəsinə çatmasına hələ çox var: «Dünyanın inkişaf etmiş ölkələrinə bəlkə 10-15 ildən sonra çatacağıq. Bununla bərabər bizdə daimi dinamik inkişaf var. Hər il bazarın ümumi həcmi bütün parametrlər nəzərə alınmaqla 1,5-2 dəfə artır. Bazarın həcminə, aparılan əməliyyatların səviyyəsinə görə Cənubi Qafqazda birinciyik. MDB ölkələri sırasında isə Rusiya, Ukrayna, Qazaxıstan bizdən çox inkişaf edib».



XS
SM
MD
LG