Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:00

AzadlıqRadiosunun müxbiri Azərbaycan-Ermənistan sərhədindən xəbər verir


Qazağın atəş altında olan kənd sakinlərinin qayğıları
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Qazaxın atəş altında olan kənd sakinlərinin qayğıları (Video arxiv - 2012)

-

AzadlıqRadiosunun müxbiri İslam Şıxəli son vaxtlar atəşkəsin tez-tez pozulduğu və Ermənistanla həmsərhəd olan Qazax rayonunun Məzəm kəndindən xəbər verir.

- İndi Məzəm kəndindəyəm. Buradan Ermənsitan hərbçiləri gözlə görünür. Yəni qarşı tərəfdə Ermənistan əsgərləridir, Azərbaycanın yaşayış məntəqələri də onlarla üzbəüzdür. Arada bir göl də var. Gölün o biri üzündə Ermənsitan əsgərlərininin mövqeləndiyi səngərlərdir. Burda Azərbaycan ordusunun postları da var. Məzəm kəndinə gedən yolu Ermənsitən hərbçiləri aydın görə bilir. Elə biz kəndə girəndə sakinlər xəbərdarlıq etmişdilər ki, bu istiqamətdəki yolu tez keçək. Oradan keçərkən, bir neçə güllə atıldı, amma xoşbəxtlikdən bizə bir şey olmadı, ərazidən uzaqlaşa bildik. Ümumi vəziyyət belədir...

- Həmsərhəd kəndlərdə yaşayan əhali son vəziyyət barədə nə deyir? Bütövlükdə adamların əhvalı necədir?

-Biz Məzəm kəndinə girəndə ev əşyaları yüklənmiş bir-neçə yük maşını gördük. O maşınları saxlayıb bir şey soruşa bilmədik. Kəndə çatanda, camaatdan soruşduq, dedilər, bəzi evlərdən uşaq, qoca və xəstələr təhlükəsiz yerlərə aparılır. Amma adamlar hesab edirlər ki, baş verənlər müvəqqətidir. Kəndədək bizi polislər müşayiət etdilər ki, təhlükəsiz gedək. Daha sonra kənd icra nümayəndəsi bizə yardım etdi. Kənd sakinlərinin ovqatını yüksək gördük. Adamlar heç nədən qorxmadıqlarını deyirlər. Biz bir ailənin qonağı olduq. Həmin evin 4 pəncərəsi Ermənistan ordusunun 6 postuna baxır. Belə bir vəziyyətdə çox rahatlıqla həyət-bacada gəzirlər. Bu evlərlə postlar arasında məsafə çox azdır.

- Oradan Ermənistan hərbçilərin hərəkəti aydın görünür?

- Biz görə bilmədik. Adamlar dedilər ki, onlar səngərdən çox az hallarda çıxıb özlərini göstərirlər.

- Olduğunuz evin sakinləri nə dedilər, həmin səngərlərdən onların səmtinə tez-tez güllə atılır?

-Evin xanımı bizə güllə gilizi göstərdi, dedi elə bu səhər evdən həyətə çıxanda atılıb və həyətdəki şkafa dəyib, sonra da düz ayağının altına düşüb.

-Tikililərdə güllə izləri çoxdur?

-Güllə izlərinə hər yerdə rast gəlmək olur. Kənddə yeni tikilən bir məktəb var, onun divarları deşik-deşikdir. Sakinlərdən öyrəndik ki, əslində, sıx ağaclıq olduğundan Ermənistan əsgərləri birbaşa məktəbi görmülər, sadəcə, ağaclara doğru atırlar. İndi tətil olduğu üçün adamlar bu vəziyyətdən o qədər də narahat deyillər.

Qazax-Əskipara, Məzəm, Azerbaijan
Qazax-Əskipara, Məzəm, Azerbaijan

XS
SM
MD
LG