Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:49

Ağ Ev: Ərzaq idxalına qadağa Rusiya iqtisadiyyatına zərbə vuracaq


Arxiv foto
Arxiv foto

-

Rusiyanın ABŞ-dan ərzaq idxalına qadağası Rusiyanın beynəlxalq ictimaiyyətdən təcridini dərinləşdirəcək. Ağ Evin sözçüsü Laura Lucas Magnuson ötən gün belə deyib. Bildirib ki, Moskvanın Qərb ölkələrinin sanksiyalarına cavab zərbəsi Rusiya iqtisadiyyatına zərbə vuracaq.

Rusiya Mərkəzi Bankı da bildirib ki, ərzaq idxalına qadağa ölkədə inflyasiyanın artmasına səbəb olacaq.

Rusiyanın ərzaq standartları agentliyinin sözçüsü Aleksei Alekseenko yerli mətbuata müsahibəsində ABŞ-da istehsal olunan «bütün növ ərzaq məhsullarının», o cümlədən «Avropa Birliyindən gətirilən bütün meyvə və tərəvəz»in idxalının dayandırılacağını açıqlayıb.

ABŞ və AB ölkələrindən Rusiyaya hər il milyardlarla dollar dəyərində ərzaq idxal olunur.

Qərb ölkələri Ukraynadakı münaqişədə iştirakına görə Rusiyaya qarşı bir neçə dəfə sanksiya tətbiq edib.

XS
SM
MD
LG