Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:55

«Sevil» massivinin mülkiyyətçiləri etiraza qalxdılar [Video]


«Sevil» massivinin mülkiyyətçiləri etiraza qalxdılar
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

«Sevil» massivi

-

Avqustun 15-də Abşeron rayonu ərazisindəki «Sevil» yaşayış massivinin bir qrup payçısı etiraz aksiyası keçirib. Adamlar etiraz olaraq yaşayış binası tikən «Sevil» MTK-nin ofisi qarşısında toplaşaraq rəhbərlikədən tikinti işlərinin dayandırılma səbəbləri ilə bağlı onlara konkret cavab verilməsini tələb ediblər.

«Biz «Sevil» MTK-dan ev tikmək üçün torpaq sahəsi almışıq, amma birdən-birə bizim tikinti işlərimizi dayandırıblar. Rəsmi qurumlar deyirlər ki, bu işdə korrupsiya və vergidən yayınma halları olub və məsələ araşdırılanadək biz tikinti apara bilmərik».

Bir müddət əvvəl «Sevil» Massivi MTK-nın təsisçisi və həmin kooperativin direktoru həbs olunublar. Hər iki şəxs «qanunsuz sahibkarlıq» və «vergi ödəməkdən yayınma» da ittiham olunurlar.

Baş Prokurorluğun iyulun 25-də yaydığı məlumatda bildirilir ki, Vergilər Nazirliyi «Sevil» Massivi MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktını aşkar edib. Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.

Məlumata görə, şirkət rəhbərləri 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməyiblər.

O cümlədən, onlar xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub 100 min manata yaxın gəlir əldə etməkdə ittiham edilirlər.

İstintaq hesab edir ki, «Sevil» Massivi MTK-nın məsul şəxsləri həm bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, həm də ayrı-ayrı şəxslərin mülkiyyətində olan «At yalı» və «Sonalı sahəsi» adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edib və vətəndaşlara faizsiz kreditlə satıb.

AzadlıqRadiosunun müxbiri çəkiliş zamanı ərazidəki polislərin təzyiqi ilə üzləşib. Polislər jurnalistin kamerasını əlindən alaraq yaddaşını pozublar və daha sonra onun yaxından çəkiliş aparmasına imkan verməyiblər.

DAHA GENİŞ VİDEO DA HAZIRLANIR

XS
SM
MD
LG