Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:35

Büdcə kəsiri problem deyil…


Hökumət gələn il üçün büdcə gəlirlərinin artmasını istisna etmir
Hökumət gələn il üçün büdcə gəlirlərinin artmasını istisna etmir

Gələn il üçün büdcə layihəsindəki gəlirlər və xərclər arasındakı fərq təxminən 380 milyon yeni Azərbaycan manatı, yəni indiki kursla 436 milyon dollarlıq mənfi fərq - yəni kəsir var. Məbləğ öz-özlüyündə yetərincə böyük olsa da, həm hökumətdə, həm də müxalifətdə yer alan iqtisadçıların fikrincə bu kəsir elə də önəmli sayılmamalıdır. Nazirlər Kabinetinin şöbə müdiri Oqtay Haqverdiyevin sözlərinə görə, 380 milyon yeni manat Azərbaycanın Ümum Daxili Məhsulunun (ÜDM) ancaq təxminən 1.5 faizini təşkil edir ki, bu da elə də narahatlıq doğurmamalıdır. Artıq indidən yeni ildə bu kəsirin aradan qaldırması üçün proqnozlar və tədbirlər də hazırdır. Oqtay Haqverdiyev: «Bunun 50 milyonunu özəlləşdirmə, qalanını isə qiymətli kağızlar bazarı ilə örtəcəyik».



Gələn il üçün büdcə layihəsində gəlirlər və xərclər arasındakı fərq təxminən 380 milyon yeni Azərbaycan manatı olacaq. Məbləğ öz-özlüyündə yetərincə böyük olsa da, həm hökumətdə, həm də müxalifətdə yer alan iqtisadçıların fikrincə, bu kəsir elə də önəmli sayılmamalıdır
İqtisadi Tədqiqatlar Mərkəzindən Azər Mehdiyevin də fikrincə, 400 milyon dollarlıq bir kəsir bugünkü Azərbaycan iqtisadiyyatı üçün elə də böyük təhlükə deyil: «Əslində, bu kəsir cari proseslərin gedişində yarandığından, onu aradan qaldırmaq hökumət üçün çətin olmamalıdır».


2006-cı il üçün də büdcə kəsiri təxminən ÜDM-in 1.5 faizi həcmində proqnozlaşdırılırdı. Amma, hökumət rəsmiləri həmin kəsirin ÜDM-in 100 də 1-ni keçməyəcəyini deyirlər.


Bəs sosial yönümlü xərclərin büdcədə ümumi çəkisinin azalması nədən xəbər verir? Gələn il həmin xərclər bu ilkindən təxminən 25 faiz artıq olacaq. Amma, nəzərə almaq lazımdır ki, gələn ilin büdcəsi indikindən çoxdur. Yeni və daha böyük büdcəylə müqayisədə sosial sahələrə ayrılan xərclərin faizi azdır. Amma Nazirlər Kabinetindən Oqtay Haqverdiyevin sözlərinə görə, büdcədə sosial xərclərin xüsusi çəkisinin azalması, büdcənin sosial yönümlü olmamasından xəbər vermir: «Ümumi məbləğ artıb, əsas məsələ budur. Sadəcə, investisiya və müdafiə xərcləri artdığından sosial xərclər azalan kimi görünür. Əslində isə artım göz önündədir».


İqtisadçı ekspert Azər Mehdiyevin fikrincə isə, son illər doğrudan da Azərbaycanın dövlət büdcəsində investisiyalara pul qoyulması meylləri artır. Neft gəlirləri hökumətə bu admı atmağa imkan verir. Azər Mehdiyev deyir ki, hökumətin sosial xərcləri artırmaqdansa, gələcəyə yönələn investisiyalara meyli əlsində daha doğru addımdır. Yetər ki, bu investisiyalar doğrudan da düzgün xərclənsin: «Sosial sahəyə qoyulan pullar əlavə inflyasiya yarada bilər. İnvestisiyalar isə daha düzgün xərclənsə daha yaxşı sosial effekt verə bilər».


Yeni büdcə layihəsiylə bağlı İqtisadi İnkişaf naziri Heydər Babayev də çərşənbə axşamı bəzi məlumatlar verib. Onun sözlərinə görə, bu layihə hazırlanarkən neftin bir bareli üçün qiymətlər ötən ilki səviyyədə-50 dollar səviyyəsində saxlanılıb.


Gələn ildən Azərbaycanın neft istehsalının da tarixində rekord səviyyəyə qalxacağı gözlənir. Neftin beynəlxalq bazardakı qiymətləri indiki səviyyədə qalarsa, hökumət nəinki kəsir problemini aradan qaldıra bilər, hətta builki kimi hansısa məqamda büdcənin gəlir hissəsinə yenidən baxa bilər. Yəni hətta, gözlədiyindən də artıq gəlir götürə bilər.


XS
SM
MD
LG