Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:36

Gülər Əhmədova quruluşların dağılmasından danışır


Gülər Əhmədova arxiv fotosu
Gülər Əhmədova arxiv fotosu

-

Keçmiş millət vəkili Gülər Əhmədova Moderator.az saytına müsahibə verib.

Jurnalistin "Bəlkə günahkar axtarmaqda milli yanlışlığımızdandır ki, bəzən qurunun oduna yaşı da yandırırıq və günahsıza günah yükləyirik?.." sualına Gülər Əhmədova cavab verib:

- Qurunun oduna yaşın yanması hər zaman olub və olacaq, amma bu, cəmiyyətdə elə bir təlatüm yaradır ki, mövcud quruluşlar pozulur, formasiyalar dəyişir. Çünki məzlumun ahı heç zaman yerdə qalmır. Tarixin parlaq şəxsiyyətlərindən biri olan Heydər Əliyev deyirdi ki "günahkar cəzasız qalanda və günahsız cəzalandırılanda dövlət sarsılar”.

Bu gün Ermənistan kimi bir dövlətin böyük sarsıntı və fəlakət içərisində yaşamasının əsas səbəbi odur ki, onun başında əli günahsız körpələrin və qocaların qanına bulaşmış şəxslər durur. Unutmamalıyıq ki, odlar içərisində yanan Şərq və Qərb məhz dünyanın günahkarlara cəza kəsməsinin nəticəsidir.

Gülər Əhmədova deputat yerinin 1 milyon dollara satıldığı iddia olunan video yayılandan sonra həbs olunub, apelyasiya şikayəti verəndən sonra şərti azadlığa buraxılıb.

“DONDURULMUŞ” PROBLEM

“Эхо” qəzeti yerli ekspertlərə istinadla yazır ki, ölkədə satılan dondurmaların keyfiyyəti hiss olunacaq dərəcədə yaxşılaşıb.

Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı qəzetə deyib ki, hər yay komitə dondurmalarla bağlı reyd keçirir: “Son dövrlər durum yaxşılaşıb, ölkədə buraxılan dondurmanın keyfiyyəti dövlət standartlarına uyğundur. Yeganə problem dondurma üzərində nişanlanmanın aparılmasıdır, tezliklə bu problem də həllini tapacaq”.

Günün daha geniş media icmalına burada bax

XS
SM
MD
LG