-
Naxçıvanda Demokratiyaya Dəstək resurs mərkəzinə hücum olub. Turan xəbər verir ki, avqustun 21-də gecəyə yaxın mərkəzin offisinə soxulan naməlum şəxlər hüquq müdafiəçisi İlqar Nəsibovu döyüblər.
"İlqar çoxlu qan itirib, huşsuzdur, bədənində çoxlu zədələr var", - deyə İlqar Nəsibovun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova telefonla bildirib.
Hücumun səbəbi məlum deyil. İlqar Nəsibovun Naxçıvanda zorakılığa məruz qalması birinci dəfə deyil.
AzadlıqRadiosu hadisə haqda daha ətraflı məlumat toplamağa çalışır. Saytımızı izləməyi unutma