Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 06:21

Putin və Poroshenko bir-birinin əlini sıxdı [Video]


Bu əl sıxma bütün dünyanın diqqətini cəlb edir
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

Bu əl sıxma bütün dünyanın diqqətini cəlb edir

-

Ən son xəbərlər yazının yuxarısında yerləşdirilib

PUTİNLƏ POROSHENKO BİRBAŞA DANIŞIQLAR APARIB

Rusiya və Ukrayna prezidentləri Ukraynanın şərqindəki böhrana dair birbaşa danışıqlar aparıblar, ancaq elə bir irəliləyiş barədə məlumat verilmir.

Vladimir PutinPetro Poroshenko avqustun 26-da Minskdə iki saatlıq təkbətək görüş keçiriblər. Öncə Avropa Birliyi rəsmiləri, Belarus və Qazaxıstan prezidentləri ilə daha geniş formatda danışıqlar olub.

Poroshenko bildirib ki, bütün tərəflər Ukrayna qüvvələri və rusiyayönlü separatçılar arasında döyüşün dayandırılması üçün Kiyevin sülh təkliflərini dəstəkləyir və mümkün qədər tez «yol xəritəsi» hazırlanacaq.

Putin isə deyib ki, «bu sülh prosesi başlanarsa, Rusiya onu dəstəkləmək üçün əlindən gələni edəcək», ancaq yaraqlılarla atəşkəsin şərtlərini hazırlamaq Kiyevin üzərinə düşür.

AÇIQ QALAN SUALLAR VAR...

Görüşün nəticələrindən danışan Putin deyib ki, Rusiya və Ukraynada «xeyli açıq suallar» qalıb. Onun sözlərinə görə, Ukraynanın şərqində atəşkəsin şərtləri müzakirə olunmayıb. Beləliklə o, rəsmi olaraq Rusiyanın münaqişə tərəfi olmadığını bəyan edib. Rusiya liderinin sözlərinə görə, ukraynalı həmkarı ilə Ukraynanın şərqindəki sakinlərə humanitar yardım göstərilməsi barədə razılığa gəlib. Putin deyib ki, görüşdə qaz məsələsi də müzakirə olunub.

Ukraynadakı durumla bağlı Minsk danışıqları «səmimi və müsbət» olub. Bunu AB-nin xarici siyasət rəhbəri Catherine Ashton deyib. Onun sözlərinə görə, AB Ukraynada atəşkəsə dair danışıqlara başlamağı təklif edib.

DÜNYANIN TALEYİNİ HƏLL EDƏCƏK GÖRÜŞ...

Ukrayna prezidenti Pertro Poroshenko Minskdə deyib ki, onun Rusiya prezidenti Putinlə və Avropa Birliyi liderləri ilə Minskdəki görüşləri "dünyanın və Avropanın taleyini həll edəcək".

Poroshenko bunu Minskdə çoxtərəfli danışıqlar vaxtı deyib. Həmin danışıqlarda Rusiya, Qazaxıstan, Belarus prezidentləri və Avropa Birliyinin xarici siyasət rəhbəri Ashton iştirak edir.

Poroshenko bildirib ki, o siyasi kompromiss axtarır və separtaçılara silah təchizatı dayansa şərqi Ukranayanda sülhə yol açılar.

Rusiya prezidenti Putin deyib ki, Ukrayna böhranı Kiyevlə şərq regionlarının təmsilçiləri arasında birbaşa danışıqlarla həll oluna bilər.

Nazarbayev isə Poroshenkoya deyib ki, o, Putinlə birbaşa danışıqlara getməlidir.

***

Minsk sammitində çoxtərəfli danışıqların başlanğıcında Poroshenko və Putin bir-birlərinin əllərini sıxıblar.

***

Ukrayna prezidenti Petro Poroshenko deyib ki, Minskdəki sammitin Ukrnaya sülh gətirəcəyinə ümid edir.

“Mən səmimi ümid edirəm ki, Minskdəki bu günki görüş sülh görüşü olacaq və razılaşma əldə edə biləcəyik”.

Poroshenko bunu Minskdə Belarus prezidenti Lukashenko ilə görüş ərəfəsi deyib.

***

Ukrayna prezidenti Petro Poroshenko və Rusiya prezidenti Vladimir Putin avqustun 26-da Minskə sammitə toplaşan liderlər arasındadır.

Putinlə Poroshenkonun birbaşa danışıqlar aparacağını Kreml istisna etmir, ancaq belə bir görüşün mütləq olacağını da təsdiqləmir.

Ölkə liderləri isə Gömrük Birliyinin sammitinə gəlib. Sammitdə Belarus prezidenti Lukashenko, Qazaxıstan prezidenti Nazarbayev, eləcə də Avropa Birliyi rəsmiləri iştirak edir.

Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashtonun sözçüsü Maja Kocijancic Brüsseldə Azadlıq Radiosuna deyib ki, Minskdə danışıqlar Ukrayna böhranının həllini müzakirə etmək üçün imkandır.

Poroshenko və Putin axırıncı dəfə iyun ayında fransada görüşüblər. O vaxt onlar ikinci dünya müharibəsində ikinci cəbhənin açılmasının 70 illiyi şənliklərinə qatılmışdı.

Rusiyanın xarici işlər naziri Lavrov da Poroshenko-Putin danışıqlarını imkan hesab edir. Onun fikrincə, böhranı həll etmək üçün siyasi prosesə başlamaq haqda liderlər fikir mübadiləsi apara bilər.

Bu arada Rusiyanın müdafiə nazirliyi bildirib ki, Rusiyanın hərbi xidmətçiləri təsadüfən sərhəddi keçiblər və onları Ukrayna tərəfdə tutub-saxlayıblar.

Adı çəkilməyən mənbə Rusiya mediasına bildirib ki. həmin yerdə sərhəd işarə olunmayıbmış və həmin xidmətçilıər keşik çəkirmiş.

Ukrayna təhlülkəsizlik xidməti isə bildirir ki, Donetskdən 50 km aralıda olan Dzerkalne kəndi yaxınlığında tutulan 10 əsgər Rusiyanın 98-ci desant diviziyasındandırlar.

Ukrayna hərbçilərinin yaydığı videoda özünü 331-ci paraşut polkundan kapral İvan Milchakov kimi təqdim edən rus hərbçisi Ukrayna ərazisinə hərbi dəstə ilə keçdiyini bildirir. O deyir ki, onlar kolonna ilə hərəkət edirdilər. Onlar yollarla yox, sahələrlə, yolsuz yerlərlə gedirdi. Ona görə sərhəddi nə vaxt keçdiyini bilməyib.

Onun sözlərinə görə, komandirləri ona 3 günlüyə Ukranaya gedəcəyini , ancaq orda nə etmək lazım gəldiyini deməyiblər.

ABŞ-ın Milli təhlükəsizlik müşaviri Susan Rice avqustun 25-də Twitterdə yazıb ki. “Rusiyanın Ukraynaya soxulması qəbuledilməzdir. Təhlükəlidir və vəziyyət alovlana bilər.

XS
SM
MD
LG