-
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda abortların sayı daim artır. Belə ki, 2000-ci ildə 15-49 yaş arası qadınlar 95,2 min abort etdirmişdisə, 2013-cü ildə onların sayı 146,6 minə çatıb.
2000-ci ildə hər 100 doğuşa 18,4 abort, 2013-cü ildə isə 19 abort düşüb.
Yaş kateqoriyasına görə abort statistikası da maraqlıdır. Belə ki, 2000-ci ildə 15-19 yaş arası qadınlar 572, 2013-cü ildə isə 1147 abort etdiriblər. Azərbaycanda ən çox abortu isə 25-29 yaşlı qadınlar edib, daha sonra 30-34 yaşlılar gəlir.
Dövlət Statistika Komitəsi selektiv abortlar (valideynlərin cinsiyyətinə görə uşaqdan imtina etdiyi hallar) haqqında məlumat vermir. /Turan/