Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:03

"Dini mərasimlərdə israfçılıq olmaz"


Azerbaijan -- Mubariz Gurbanli, head of the State Committee for Work with Religious Organisations - 01Sep2014
Azerbaijan -- Mubariz Gurbanli, head of the State Committee for Work with Religious Organisations - 01Sep2014

«Adət-ənənələrimiz ehkam deyil, zamanla dəyişikliklərə məruz qalır. Bu da təbii prosesdir. Yas mərasimləri ilə bağlı Azərbaycan hakimiyyətinin mövqeyi belədir ki, bu mərasimlər həddini aşmamalı, müəyyən nizam qorunmalıdır. Dinimizin tələblərinə uyğun olmalı, təmtəraq və israfçılığa yol verilməməlidir».

APA-nın məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası 2009-cu ildə fətva verib və həmin fətvada yas mərasimlərində israfçılığa yol verilməməsinə dair çağırış edilib:

«Yas mərasimlərində hədsiz təmtərağa, israfçılığa yol verilməməsi barədə Azərbaycan hakimiyyətinin, Dövlət Komitəsinin də tövsiyəsi var. Vətəndaşlarımız həm dinimizin tələblərini yerinə yetirməli, həm də bu istiqamətdə verilən tövsiyələrə əməl etməlidir. Bir çox rayonlarımızda bu tövsiyələrə əməl olunur. Bakıda da uzun müddətdir yas mərasimlərində xeyli dəyişiklik baş verib. Yəni bugün Azərbaycanda bu məsələ ictimaiyyətin də, medianın da diqqət mərkəzindədir. Əminəm ki, ictimaiyyət və media bu yöndə sözünü deyəcək, təşviqat, təbliğat işi aparılacaq və biz yas mərasimlərimizi adət-ənənələrimizə uyğun, həm də hansısa israfçılığa yol vermədən keçirməyə nail ola biləcəyik».

XS
SM
MD
LG