Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:30

«Azersun»: «Ağackəsən yox, ağacəkən şirkətik»


Meşədə park? [VIDEO]
Gözlə
Embed

No media source currently available

0:00 0:03:28 0:00

Meşədə park?

-

Yazı yenilənib. Ən son xəbər yazının əvvəlindədir.

«AZERSUN»: « AĞACKƏSƏN YOX, AĞACƏKƏN ŞİRKƏTİK»

İmişli sakinlərinin şəhərdə - Heydər Əliyev prospektindəki 8 hektar yaşıllığın ictimaiyyətə qapadılacağı barədə fikirlərinə «Azersun holdinq»dən reaksiya gəlib. Şirkətin ictimaiyyətlə əlaqə və biznesin inkişafına dəstək departamentinin rəhbəri Afiq Səfərov AzadlıqRadiosuna bunları bildirib:

«İmişli Şəkər Zavodunun yaxınlığında yerləşən, «meşə» adlandırdığınız ərazi həqiqətən də 2007-ci ildə «Azersun holdinq» tərəfindən icarəyə götürülüb. Ərazidə qeyri-qanuni iaşə obyekti və spirtli içkilərin satışı ilə bağlı bizə onlarla şəxs şikayət edib. Yeri icarəyə götürməkdə «Azersun»un məqsədi bu qanunsuz hərəkətlərin qarşısını almaq və ərazini abadlaşdırmaqdır.

Afiq Səfərov
Afiq Səfərov

Biz, ilk növbədə, orada ağacların kəsilməyinin qarşısını almış, təmizlik işi aparmışıq. Qanunsuz yolla qazanc götürmək imkanları əllərindən çıxan bəzi işbazlar hay-küy qaldırıblar ki, guya istirahət məkanı yerli sakinlərdən təcrid olunur, yaşıllıq sahəsindəki ağacları kəsilmək istənir. Bu, qətiyyən belə deyil. «Azersun» ağackəsən yox, ağacəkən şirkətdir. Təkcə İmişli-Biləsuvar bölgəsində 700 min ədədədək ağac əkmişik.

İcarəyə götürdüyümüz yerdə insanların istirahətinə daha yaxşı şərait yaradılacaq. Orada spirtli içki satışı və digər qanunsuz fəaliyyətlərin qarşısı hüquqi yolla alınacaq. İcarə müqaviləsi və bundan irəli gələrək atılan bütün addımlar tam qanunidir, bu barədə hər kəsdə yaranan suallar tərəfimizdən və aidiyyəti qurumlar tərəfindən cavablandırıla bilər».

İMİŞLİDƏ MEŞƏ ETİRAZLARI...

İmişli şəhərinin Heydər Əliyev prospektinin başlanğıcında, 8 hektaradək ərazidəki meşənin satılması barədə söz-söhbət Araz küçəsində (keçmiş Şəmmədli kəndində) yaşayanların narahatlığına səbəb olub. Sentyabrın 11-də səhər saatlarında sakinlər meşəyə yığışaraq, əhalinin ümumi istifadəsində olan ərazinin xüsusi mülkiyyətə çevrilməsinə etiraz edib. Bu barədə AzadlıqRadiosuna aksiya iştirakçısı olmuş Siyab Sarıyev məlumat verib.

«İCRA HAKİMİYYƏTİNDƏ SÖZ VERDİLƏR Kİ, MƏSƏLƏ ARAŞDIRILACAQ»

Etiraz edən sakinlər
Etiraz edən sakinlər

Onun sözlərinə görə, ilk etiraz aksiyası xəbərdarlıq məqsədilə keçirildiyindən hay-küysüz olub: «Bu meşəni yüz il əvvəl bizim ata-babalarımız salıb, əhalinin yeganə istirahət yeridir. Bir neçə gün əvvəl eşitdik ki, meşəni satıblar. Bu səhər yığışıb vəziyyəti müzakirə etdik. Ümumi razılaşmamız bu oldu ki, əvvəlcə yerli dövlət orqanlarını xəbərdar edək. Buna görə kollektiv surətdə İcra Hakimiyyətinə getdik. İcra başçısı olmadığından, bizi İmişli RİH-in sosial-iqtisadi məsələlər şöbəsinin müdiri Valid Ağayev qəbul etdi. Şikayətimiz dinlənildi və söz verildi ki, araşdırılacaq».

MEŞƏNİN «AZERSUN» TƏRƏFİNDƏN ALINDIĞI DEYİLİR...

​Siyab Sarıyevin sözlərinə görə 1000-dən çox yaşlı palıd, çinar və başqa ağacları olan meşə İmişli Şəkər Zavoduna satılıb:

«Deyirlər burada sauna, müxtəlif istirahət-əyləncə obyektləri tikiləcək. «Azersun holding»ə bu ərazidən 114 hektar torpaq sahəsi ayrılıb, qənd, yağ, spirt, yem zavodu tikib. Bu müəssisələrinin iyi, səsi az deyilmiş kimi, yaşıllıq sahəmizə də əl qoyub. Bundan əvvəl də meşəni özününküləşdirməyə cəhd göstəriblər, hətta onun kənarlarına hasar çəkməyə başlamışdılar. Etiraz oldu və bundan vaz keçdilər. İndi deyirlər rəsmi qaydada almışıq».

«MEŞƏNİ NAZİRLİK İCARƏYƏ VERİB»

İmişli
İmişli

AzadlıqRadiosunun sorğusunu cavablandıran Beyləqan Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin mühafizə mühəndisi Qismət Abbasov da bildirir ki, meşə 2007-ci ildə 10 il müddətinə İmişli Şəkər Zavoduna icarəyə verilib: «Müqavilə nazirlik və holding rəhbərliyi səviyyəsində bağlanılıb. Biz kimik ki, meşəni icarəyə verək? Bildiyim odur ki, ərazidən istirahət, turizm məqsədilə istifadə olunacaq».

XS
SM
MD
LG