Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:32

Anar Məmmədov qəzet redaktorunun həbsini istəyir


Anar Məmmədov
Anar Məmmədov

-

İşadamı, «Qarant Holdinq»in Direktorlar Şurasının sədri Anar Məmmədov «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verib.

Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur.

Musavat.com-un xəbərinə görə, iddia ərizəsində Anar Məmmədov Rauf Arifoğlunun Cinayət Məcəlləsinin 147.1, 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb olunmasını istəyib.

Bu maddələr üzrə cinayət məsuliyyəti 100-1000 manat arasında cərimə və ya 6 aydan 3 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Xətai rayon Məhkəməsi iş üzrə hazırlıq iclasını sentyabrın 8-nə təyin etsə də, baş redaktora bu barədə sənədlər sentyabrın 11-də çatdırılıb.

Rauf Arifoğlu deyib ki, məhkəmədən xəbərləri olmadığı üçün prosesə qatılmayıblar. O bildirib ki, gələn həftədən müdafiə taktikası quracaqlar. Amma o, müdafiə taktikasının nədən ibarət olduğunu açıqlamayıb.

«Yeni Müsavat»ın hüquqşünası Vaqif Hüseyn deyib ki, iddia ərizəsində göstərilən maddələr Rauf Arifoğlu üçün həbs təhlükəsi yaradır.

XS
SM
MD
LG