-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Anne Brasseur sentyabrın 21-də Azərbaycana rəsmi səfərə gəlir. Bu barədə AzadlıqRadiosuna AŞPA-dan məlumat verilib. Səfər sentyabrın 25-dək davam edəcək.
Anne Brasseur ilin may ayında AŞPA-nın Bakıda keçirilən Daimi Komitəsinin iclasında iştirak edib.
Azərbaycan hazırda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir.