Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 05:14

«Oda» Teatrı Ramil Usubova müraciət etdi


«Oda» Teatrı
«Oda» Teatrı

-

«Oda» Teatrının fəaliyyəti növbəti dəfə dayandırılıb. Teatrın rəhbəri Elmin Bədəlovun verdiyi məlumata görə, teatrın «Bakı şəhəri, Əlövsət Quliyev 115» ünvanında yerləşən binasının giriş qapısının açarı dəyişdirilib.

Bundan başqa teatrın qapısının üstündəki xüsusi qraffiti də silinib: «Nəsimi rayon polis idarəsindən ev sahibinə təzyiqlər olunur. Onlar da binadan çıxmağımızı tələb edirlər, halbuki, binanın kirayəsi üçün illik müqavilə bağlamışıq və aylıq kirayə haqqını da qabaqcadan ödəmişik. Bizə olan təzyiqləri dayandırmaq və problemi çatdırmaq məqsədilə Daxili İşlər Nazirliyinə məktubla müraciət etmişik. Bütün baş verənləri rəsmi şəkildə nazir Ramil Usubova olan müraciətimdə qeyd etmişəm».

«Oda» Teatrı bir ildən artıqdır ki, fəaliyyət göstərir və repertuarında dünya dramaturqlarının əsərləri var. Teatrın fəaliyyəti bundan əvvəl də müxtəlif səbəblərdən bir neçə dəfə polis tərəfindən dayandırılmışdı.

XS
SM
MD
LG