Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:35

Jak Şirak Qarabağ məsələsinin başqa instansiyalarda müzakirəsinin əleyhinədir


Jak Şirak Yerevanda səfərdədir
Jak Şirak Yerevanda səfərdədir
Fransa Prezidenti Jak Şirak Ermənistandadır. Yerevandakı çıxışında Şirak Qarabağ məsələsinə toxunub, ATƏT-in Minsk Qrupu həmsədrlərinin işindən razı qaldığını, Qarabağ məsələsinin başqa instansiyada müzakirəsinin əleyhinə olduğunu deyib:

«Bu məsələni BMT-yə keçirmək çətindir, çünki Minsk Qrupu həmsədrləri illərdir Qarabağ məsələsi üzərində işləyiblər, axırıncı təkliflər də ciddidir».


Sentyabrın 30-da Jak Şirak Türkiyədə soyqırımına məruz qaldıqları iddia olunan ermənilərin xatirə abidəsini ziyarət edib, deyib ki, Türkiyə Avropa Birliyinə qəbuldan əvvəl soyqırımı faktını etiraf etməlidir. Ermənilər 1915-18-ci illərdə Osmanlı ərazisində milyon yarımdan çox erməninin öldürüldüyünü iddia edirlər.


XS
SM
MD
LG