Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 21:47

Ukrayna AB paktını təsdiqləyir, şərqə «xüsusi status» verir


Ötən gün ukraynalı fəallar Kiyevdə parlament binası qarşısında yürüş keçirib
Ötən gün ukraynalı fəallar Kiyevdə parlament binası qarşısında yürüş keçirib

-

Ukrayna parlamenti ölkənin şərq hissəsinə «xüsusi status» verən qanunvericiliyi qəbul edib, eləcə də Avropa Birliyi ilə sıx əlaqələrə dair tarixi sənəd ratifikasiya olunub.

Verkhovna Rada sentyabrın 16-da qanun qəbul edərək, Donetsk və Luqanska 3 il müddətinə daha geniş muxtariyyət verib. Məqsəd rusiyayönlü separatçılarla münaqişəyə son qoymaq və 45 milyonluq dövləti parçalanmaqdan qorumaqdır. Yerli hakimiyyətlərə icazə verilir ki, öz polisi, hakim və prokurorları olsun.

Qanunvericilik dekabrın 7-də Donbass regionun müəyyən hissələrində yeni şuraların seçilməsi üçün seçki keçirilməsini nəzərdə tutur.

Yeni qanun həmçinin dövlət müəssisələrində rus dilindən istifadəyə, yerli hakimiyyətin Rusiyanın qonşu regionları ilə münasibətləri gücləndirməsinə icazə verir.

Dağıdılmış infrastrukturun bərpası, münaqişədən ciddi ziyan görmüş ərazilərə sosial və iqtisadi yardım vəd olunur. Apreldən davam edən münaqişədə 3 mindən çox adam ölüb.

XS
SM
MD
LG