Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 21:40

Ukraynada 30 km-lik atəşkəs zonası yaradılır


Minsk danışıqları
Minsk danışıqları

-

Sentyabrın 19-da ATƏT, Rusiya, Ukrayna və rusiyameylli separatçıların nümayəndələri arasında gecəyədək sürən danışıqlarda ciddi razılaşmalar əldə edilib.

Ukraynanın keçmiş prezidenti Leonid Kuchma deyib ki, müzakirələrin sonunda 9 bənddən ibarət memorandum imzalanıb.

Yeni razılaşmaya görə, hər iki tərəf ağır texnikanı indi olduqları mövqelərdən 15 km kənara çəkəcək, bununla da 30 km enində atəşkəs zonası yaradılmış olacaq. O cümlədən, regionda qırıcı təyyarələrin uçuşu aparılmayacaq.

ATƏT-in 300-500 müşahidəçisi ərazidə monitorinq keçirəcək. Kuchma deyib ki, ATƏT müşahidəçiləri Ukrayna-Rusiya sərhədində də dayana bilərlər.

Razılaşmada Ukrayna ərazisindən bütün xarici hərbi qüvvələrin, hərbi texnikanın çıxarılması da nəzərdə tutulub.

Görüş Minskdə baş tutub.

XS
SM
MD
LG