Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:22

Azərbaycan Ermənistandan yüz dəfə güclü olarsa…


İlham Əliyev: «Bizim siyasətimiz aqressiv olmalıdır»
İlham Əliyev: «Bizim siyasətimiz aqressiv olmalıdır»
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 2-də Milli Məclisin payız sessiyasının açılışında iştirak etdi. Dövlət başçısı çıxışında Azərbaycanının iqtisadi inkişafından, Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətdə aparılan sülh danışıqlarından bəhs edib. Dövlət başçısı infrastrukturla bağlı aparılan tikintilərin hamısının 2008-ci ildə başa çatacağını bildirdi. Prezident perspektivdə Azərbaycan üçün yalnız Dağlıq Qarabağ məsələsindən başqa heç bir problem görmədiyini söylədi: «Qarabağ məsələsinin həlli təkcə Azərbaycandan asılı olmadığından onun həlli problem olaraq qalır». İlham Əliyev Dağlıq Qarabağa yüksək statuslu muxtariyyət verilməsini mümkün saydığını dedi:
Artıq imkan var ki, gələn il üçün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabər olsun
«Bizim opponentlərimiz, müxalifət dairələri tez-tez soruşurlar ki, problem niyə həll olunmur? Problem ona görə həll olunmur ki, Azərbaycan öz maraqlarının əleyhinə olan heç bir şeyə getmir və bundan sonra da getməyəcək».

Prezidentin qənaətincə, ölkənin iqtisadi imkanların artımı Azərbaycana bu problemi həll etmək üçün hər cür şərait yaradır: «Qarabağ məsələsində siyasi vəziyyət bizim xeyrimizədir». Dövlət başçısı məsələnin BMT-də müzakirəsinin heç də ATƏT-in Minsk qrupunun fəaliyyətinə kölgə salmaq məqsədi daşımadığını vurğuladı: «Ermənistan bundan istifadə edib, danışıqları pozmaq istəyir, amma, Azərbaycan konstruktiv mövqe tutur və ərazi bütövlüyünü təmin etmək üçün hər şey edəcək. Artıq imkan var ki, gələn il üçün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabər olsun». İlham Əliyev bildirir ki, ordunun gücləndirilməsi o demək deyil ki, Azərbaycan dərhal müharibə edəcək: «Sadəcə biz buna hazırlaşmalıyıq, çünki torpaqlarımız işğal olunub. Əminəm ki, Ermənistana təsir edə biləyik. Bizim siyasətimiz aqressiv olmalıdır. Azərbaycan Ermənistandan yüz dəfə güclü olandan sonra bəlkə heç müharibəyə də ehtiyac olmadı».


Payız sessiyasına başlayan Azərbaycan respublikasının Milli Məclisi əsaslı təmir olunub və yeni avadanlıqlarla təchiz edilib.


XS
SM
MD
LG