Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:47

Çin uyğur alimə ömürlük həbs kəsdi


Uyğur alim Ilham Tohti
Uyğur alim Ilham Tohti

Çin məhkəməsi uyğur alim və insan haqları fəalını separatçılıqda ittiham edərək ömürlük həbs cəzası kəsib. Ilham Tohti Pekin universitetinin keçmiş professorudur, Çinin qərbi Sincan vilayətində siyasətini tənqid edib. Tohti Urumçidə keçirilən məhkəmədə günahsız olduğunu deyib.

Tənqidçilər bu hökmün Sincanda gərginlik yaradacağını düşünür. Sincanda 8 milyon müsəlman uyğur yaşayır.

Tohti-nin vəkili Li Fangping hökmdən apelyasiya şikayəti verəcəyini bildirib.

Tohti Sincanda Çin üsul-idarəsini devirməyə yönəlik fəaliyyətdə ittiham olunub. Uyğurlar hökumətin siyasətindən narazıdır.

Birləşmiş Ştatlar və Avropa Birliyi alimin buraxılmasına çağırıb.

XS
SM
MD
LG