Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:36

«Qan Turalının romanı 1 ədəd satılıb»


soldan sağa: Vüsal Nuru və Qan Turalı
soldan sağa: Vüsal Nuru və Qan Turalı

Qan Turalı: «Sual özü yanlışdır. Bunu hansı naşir deyib ki, yerli yazarlar az oxunur?».

-

Qan Turalı:

- Sual özü yanlışdır. Bunu hansı naşir deyib ki, yerli yazarlar az oxunur?
Mənim “Mustafa” romanım 3 ildir çıxıb, nə qədər tirajla satılıb bilmirəm. Nəşriyyat iki il sonra deyir ki, o kitabdan ayda 70 dənə satılıb. Nə bilim nə qədər satılıb? Ortada rəqəm yoxdur deyə korrekt danışa bilmirik.

Niyə 10 milyonluq ölkədə Azərbaycan yazıçılarının romanları 500-1000 tirajla satılır? Bəlkə problem seçilən mövzulardadır? Bəlkə uzun yazırlar?

“Pen klub”da bu suala cavab aradıq. Yazarlar Vüsal Nuru, Qan Turalı, Kitab Klubunun nümayəndəsi Dürdanə Ramazanlı və “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ilə:

Vüsal Nuru:

- Müasir dövrdə gənclərin ədəbiyyata marağı azalıb. Bunun da səbəbi reklamın az olmasıdır. Əgər bir məhsul reklam olunarsa, təbliğ olunarsa, oxucu ondan xəbər tutacaq. Oxucu kitabxanaya gedir, ordan nəyi seçəcəyini bilmir. Naşirlər, mağaza sahibləri daha çox gəlir əldə etmək üçün xarici ədəbiyyatı reklam, təbliğ edirlər. Ona görə də onlar daha çox oxunur, nəinki bizimkilər. Səbəb reklamda və təbliğatdadır.

Qan Turalı:

- Sual özü yanlışdır. Bunu hansı naşir deyib ki, yerli yazarlar az oxunur? Xarici yazıçıların Azərbaycan yazıçılarından çox oxunduğunu demək üçün ortada rəqəm olmalıdır. O rəqəm yoxdur. Seymur Baycanın “Quqark”ını götürək, Azərbaycanda hansı xarici yazıçının əsəri iki dəfə nəşr olunub, 2000 tirajla çıxıb? Reklama gələndə, guya şəhərin hər yerində Koelyonun posterləri, bilbordları asılıb? Vüsal bəyin, mənim adımı oxucu televiziyada, orda-burda eşidir, bəs Koelyonun?

V.Nuru:

- Naşirlər reklam edir.

Q.Turalı:

- Naşir kimdir, onun sözü ilə camaat gedib kitab oxuya. Bu, fakt deyil. Fakt yoxdur. Azərbaycanda ciddi rəylər olmalıdır, nəşriyyatlar şəffaf olmalıdır, kimin kitabı nə qədər satılıb, o açıqlanmalıdır. Mənim “Mustafa” romanım 3 ildir çıxıb, nə qədər tirajla satılıb bilmirəm. Nəşriyyat iki il sonra deyir ki, o kitabdan ayda 70 dənə satılıb. Nə bilim nə qədər satılıb? Ortada rəqəm yoxdur deyə korrekt danışa bilmirik. Necə olur ki, “Əli və Nino” mənim kitabımı satır, ayın ən çox alınan kitabı olur, mənim kitabımı çap edən “Qanun” nəşriyyatında 7-ci yerə düşür? Real rəqəm yoxdur.

Proqramın aparıcısı Şahnaz Bəylərqızı
Proqramın aparıcısı Şahnaz Bəylərqızı

V.Nuru:

- Yazıçıların adları verilişlərdə, saytlarda səslənməsə, tanıdılmasa oxunmayacaq. Yalandan sinəmizə döyməklə deyil ki. Oxucu simanı görməlidir, yazıçı tanıdılmalıdır. Görməsə necə oxuyacaq?

Dürdanə Ramazanlı:

- Oxucular daha çox xarici ədəbiyyata üstünlük verirlər. Yerli ədəbiyyatdan klassik nümunələri oxuyurlar. Müasir Azərbaycan yazıçılarının romanları alınmır. Bilmirəm təbliğ olunmur, hər nədisə... Gənc yazarlardan bəzilərinin kitabları satılır, məsələn, Seymur Baycan, bir az oxucuda maraq doğurur. Ancaq yüksək səviyyədə satıldığını deyə bilmərik.

Q.Turalı:

- Əlbəttə biz də bunu demirik.

D.Ramazanlı:

- Qan Turalının “Mustafa” və “Polisl qorxusu ilə öpüşmək” kitabları hərəsindən bir ədəd satılıb.

V.Nuru:

Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu

- Gənclərdə belə psixologiya var ki, Avropa yazarlarını oxusalar bu onlar daha intellektual göstərər. Bu da onları Azərbaycan yazarlarından uzaqlaşdırır.

Şahbaz Xuduoğlu:

- Əlbəttə, müqayisədə yerli yazar az oxunur. Xarici yazarların yayılma şəbəkəsi tam fərqlidir, yerli yazarların yayılma şəbəkəsi tam fərqli. Bu bizim bazarın anormallığıdır.

Məncə, yerli yazarlar daha çox oxunmalıdır, nəinki xarici yazarlar. Türkiyədə, Amerikada, Almaniyada yerli yazarlara daha çox yer verilir.

Bizdə yeni yazarlar var, onların kitabı satılır, təbii ki, yaxşı satılmır, ancaq inkişaf edən xətt üzrə gedir.

Bizim yazarların kitaba yanaşması fərqlidir.

Seymur kitabının arxasında durur, bir həftə kitabı haqda gələnlərə danışır, işin bir hissəsi kimi baxır. Bəziləri işini kitabı nəşriyyata təhvil verməklə başa çatmış sayır...

Proqramı tam izlə

XS
SM
MD
LG