Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:32

İnfrastruktur layihələri və hüquqi dövlət quruculuğu


«Mən prezident kimi çox istəyirəm ki, qısa müddətə məqsədlərimizə çataq»
«Mən prezident kimi çox istəyirəm ki, qısa müddətə məqsədlərimizə çataq»

«Azərbaycanda əsas infrastruktur layihələri 2007-2008-ci illərdə başa çatmalıdır. Elektrik stansiyalarının, yolların tikintisi, qaz xətlərinin, su kəmərlərinin çəkilməsi, məktəblərin, xəstəxanaların tikintisi 2007-2008-ci illərdə başa çatmalıdır. Bundan sonra isə Azərbaycanda hüquqi dövlət quruculuğu dövrü başlanacaq». Bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 2-də Milli Məclisin payız sessiyasının ilk iclasındakı çıxışında deyib: «2003-cü ildən 2008-ci ilədək nəzərdə tutulan bütün məsələlər öz həllini tapmalıdır. Bu sahədə siyasətimiz çox açıqdır, aydındır. Mən prezident kimi çox istəyirəm ki, biz qısa müddət ərzində o məqsədlərə çataq. Bunu etmək üçün bütün imkanlar var». Cənab Əliyev yaxın vaxtlarda Azərbaycan dövlətinin qarşısında Dağlıq Qarabağdan başqa problem qalmayacağını deyib.


"2003-cü ildən 2008-ci ilədək nəzərdə tutulan bütün məsələlər öz həllini tapmalıdır"

«FAR Centre» İqtisadi və Siyasi Araşdırmalar Mərkəzindən Hikmət Hacızadə isə infrastruktur layihələri ilə hüquqi dövlət quruculuğu işlərinin paralel aparılmalı olduğunu deyir: «Ola bilsin ki, prezident açıq danışa bilməyib. O, demək istəyib ki, icazə verin, bütün rəqiblərimi yerində otuzdurum, sonra ədalət başlasın».


Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə bu fikirdədir ki, ölkədə lazımi infrastruktur olmadan demokratiyadan danışmaq düzgün deyil: «Prezidentin 2003 və 2004-cü illərdə imzalamış olduğu regionların sosial-iqtisadi inkişafına yönəlmiş proqram xarakterli fərmanları məhz 2008-ci ildən sonra yüksək vətəndaş cəmiyyətinin qurulmasına xidmət edən sənədlərdir».


2008-ci il həm də İlham Əliyevin birinci prezidentlik dövrünün başa çatdığı ildir.


XS
SM
MD
LG