Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:48

Anar Məmmədli haqda qısa məlumat


Anar Məmmədli həbs olundu
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

Anar Məmmədli həbs olundu

Anar Məmmədli 1978-ci ildə Yevlaxda anadan olub. Ali təhsilini Azərbaycan Xarici dillər universitetində alıb. Bir müddət jurnaslitika ilə məşğul olub, “Mərkəz”, “Hüriyyət” və “Bu gün” qəzetlərində çalışıb. 1997-ci ildə Bəşir Süleymanlı ilə Gənclərin sekulyar tərəqqi təşkilatını yaradıb, 2001-ci ildə isə Seçkilərin Monitorinq mərkəzinin yaradılasmında iştirak edib. 2008-ci il prezident seçkiləri ərəfəsində mərkəzin qeydiyyatı ləğv olunandan sonra, 2008-ci ilin dekabrında o, Bəşir Süleymanlı ilə birlikdə Seçkilərin Monitorinqi və tədrisi mərkəzi adlı yeni QHT yaradıb.

Seçkilər Anar Məmmədlinin əsas fəaliyyəti olub. Bu illər ərzində o, Azərbaycanda keçirilən 12 seçkinin müşahidə edərək, onların gedişi haqda rəylərin hazırlanmasında iştirak edib. Lakin Anar Məmmədlinin seçki təcrübəsi ancaq Azərbaycanla məhdudlaşmayıb. O, müxtəlif beynəlxalq missiyaların tərkibində Türkiyədə, Əfqanıstanda, Almaniyada, Norveçdə, Ukraynada, Gürcüstanda və Albaniyada keçirilən seçkilərin izlənməsində də yaxından iştirak edib.

Anar Məmmədli seçkilər haqda biliklərini müxtəlif beynəlxalq treninqlərdə təkmilləşdirib. Onun təşkilatı Avropa Seçkilərin monitorinqi şəbəkəsinin üzvü idi.

2013-cü il oktyabrın 8-də Azərbaycanda keçirilən prezident seçkiləri haqda tənqidi rəylərdən sonra təzyiqlərlə üzləşən Anar Məmmədli həmin ilin dekabrında həbs olunub, 2014-cü ilin mayında isə məhkəmə tərəfindən 5 il yarım azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG