Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:28

Ailələri Tofiq Yaqublu və İlqar Məmmədov ilə görüşə bilmir


İlqar Məmmədov və Tofiq Yaqublu
İlqar Məmmədov və Tofiq Yaqublu

-

Müsavat Partiyası bəyanat yayıb ki, 1 həftədir ailə üzvləri həbsdə olan fəallar Tofiq Yaqubluİlqar Məmmədovla əlaqə saxlaya bilmirlər.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidməti AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirib ki, «tabeliyindəki müəssisələrdə saxlanılan təqsirləndirilən şəxslər və məhkumlar barədə müvafiq məlumatlar onların ailə üzvlərinə qanunvericilikdə müəyyən olunmuş müddətdə və qaydada çatdırılır».

Penitensiar Xidmət bildirir ki, «Cəza İcra Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmə hökmü ilə təyin olunmuş rejimə müvafiq bütün məhkumlara ailə üzvləri və yaxın qohumları ilə görüşə şərait yaradılır».
Amma Penitensiar Xidmət konkret olaraq Tofiq Yaqublu və İlqar Məmmədovun ailə üzvləri ilə görüşməyində hər hansı məhdudiyyətlər qoyulub-qoyulmadığına aydınlıq gətirməyib.

Tofiq Yaqublu və İlqar Məmmədov ötən ilin yanvarında İsmayıllı hadisələrinə görə saxlanıb. Mart ayında Şəki Ağır Cinayətlər Məhkəməsi İlqar Məmmədova 7, Tofiq Yaqubluya isə 5 il cəza kəsib.

Sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

İlqar Məmmədov və Tofiq Yaqublu həbslərini siyasi sifariş sayırlar.

XS
SM
MD
LG