Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:34

ABŞ koalisiyası İD-ə yeni zərbələr endirib


Suriya, Kobani
Suriya, Kobani

ABŞ qüvvələri müttəfiqləri ilə birlikdə Suriyanın Kobani şəhəri yaxınlığında İslam Dövləti (İD) qruplaşmasının hədəflərinə səkkiz hava zərbəsi endirib. Oktyabrın 8-də yaydığı bəyanatda ABŞ Mərkəzi Komandanlığı bildirib ki, bütün əlamətlər Kobaninin hələ də kürd döyüşçülərinin nəzarətində olduğunu göstərir.

Bəyanata görə, hava zərbələri bir neçə hədəfi dağıdıb. Buraya beş silahlı maşın, təchizat anbarı, komandanlıq və nəzarət obyekti, səkkiz kazarma daxildir.

Daha öncə Pentaqon etiraf edib ki, Kobani süqut edə, İD yaraqlıları daha çox ərazini tuta bilərlər.

ABŞ Prezidenti Barack Obama oktyabrın 8-də Vaşinqtonda ordu rəsmiləri görüşdən sonra bəyan edib ki, ABŞ-ın İraq və Suriyada İD yaraqlılarına qarşı uğur qazanacağına əmindir.

İD KOBANİYƏ YENİDƏN HÜCUMA KEÇİR

İslam Dövləti (İD) qruplaşması yaraqlılarının mühasirədə olan Kobani şəhərinə yenidən hücuma keçməsi barədə məlumatlar gəlir.

Türkiyə ilə sərhəddə yerləşən Kobanidəki kürd döyüşçüləri Reuters-ə İD yaraqlılarının oktyabrın 8-də gecə daha iki rayona daxil olduğunu xəbər verib.

Bu hücum ABŞ-ın hava hücumlarını gücləndirdiyi bir vaxtda baş verir.

Pentaqon sözçüsü bildirib ki, təkcə hava hücumları ilə Kobanini xilas etmək mümkün olmayacaq.

XS
SM
MD
LG