Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 14:26

Yazıçı Anar Çingiz Aytmatov mükafatına layiq görüldü


Yazıçı Anar
Yazıçı Anar

-

MDB Parlamentlərarası Assambleyasının (PA) Mədəniyyət, İnformasiya, Turizm və İdman Komissiyasının oktyabrın 11-12-də Bakıda keçirilən səyyar iclası yazıçı Anarın MDB PA- nın Çingiz Aytmatov adına mükafatına layiq görülməsi barədə qərar qəbul edib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Qırğızıstan nümayəndə heyətinin irəli sürdüyü təşəbbüs komissiyanın bütün üzvləri tərəfindən dəstəklənib.

MDB məkanının 7 ölkəsinin deputatlarının təmsil olunduğu komissiyanın üzvləri iclas başa çatandan sonra Azərbaycan Yazıçılar Birliyinə gedərək laureatla görüşüblər.

Anar qonaqlara Azərbaycanda mədəniyyət sahəsində vəziyyət, böyük qırğız yazıçısı Çingiz Aytmatovla dostluq əlaqələri barədə ətraflı söz açıb.

Çingiz Aytmatov adına mükafat yazıçıya bu ilin noyabrında MDB PA-nın üzvü olan ölkələrin Parlament Başçıları Şurasında təqdim ediləcək.

XS
SM
MD
LG