Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:49

Jurnalistləri Müdafiə Komitəsi Sakit Zahidovun narkotika ittihamı ilə həbsini xüsusi şübhə ilə qarşılayır


Mərkəzi ofisi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun üç il azadlıqdan məhrum edilməsini pisləyən bəyanat yayıb. Komitənin icraçı direktoru Coel Simon hesab edir ki, Sakit Zahidovun həbsi müxalifət və müstəqil mətbuata təzyiqlərlə eyni vaxtda baş verir. Bəyanatda qeyd edilir ki, Sakit Zahidovun tənqidçi jurnalist olduğunu nəzərə alaraq Jurnalistləri Müdafiə Komitəsi onun narkotika ittihamı ilə həbs olunmasını xüsusi şübhə ilə qarşılayır.


Jurnalistləri Müdafiə Komitəsi oktyabrın 2-də də müstəqil və müxalifyönlü mətbuat orqanlarında çalışan jurnalistlərə təzyiqlərə son qoyulmasıyla bağlı prezident İlham Əliyevə müraciət edib.


XS
SM
MD
LG