Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:42

MSŞT Azərbaycana erkən yoxlama göndərəcək


MSŞT-ın Myanmada keçirilən iclası
MSŞT-ın Myanmada keçirilən iclası

-
Gün ərzində yazı yenilənəcək. Azərbaycan Dövlət Neft Fondunun və vətəndaş cəmiyyəti fəallarının reaksiyalarını AzadlıqRadiosunun saytında oxuyun.

Azərbaycanın beynəlxalq şəffaflıq qurumunun öhdəliklərini necə yerinə yetirməsinin erkən monitorinqi aparılacaq. Bu qərarı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) İdarə heyəti oktyabrın 15-də Myanmada keçirilən iclasında verib.

“AZƏRBAYCANIN ÜZV KİMİ QALACAĞINA...”

MSŞT sədri Clare Short bəyanatında Azərbaycanda vətəndaş cəmiyyətinin durumunu “problemli” adlandırıb.

Clare Short.
Clare Short.

“İdarə heyəti faktaraşdırıcı missiyanın hesabatını müzakirə edib və dərin narahatlığını bildirib. Heyət Azərbaycan vətəndaş cəmiyyətinə daha çox şərait yaradılacağına, MSŞT Standartına əsas töhfəsini verəcəyinə ümid bəsləyir” Clare Short qeyd edib.

İdarə Heyəti razılaşıb ki, MSŞT standartına uyğun olaraq, Azərbaycanla bağlı yanvarda ilkin dəyərləndirmə başlansın.

“İrəliləyiş olacağına və Azərbaycanın MSŞT üzvü kimi qalacağına çox ümid bəsləyirəm,” Clare Short deyib.

MSŞT Azərbaycana konkret hansı şərtlərin qoyulduğunu açıqlamayıb, amma vətəndaş cəmiyyətinin fəaliyyətinə dair “mühüm hərəkətlərə” üzrə razılığın əldə olunduğu bildirilir. Azərbaycanın yeni dəyərləndirmə aparılanadək tamhüquqlu üzv” statusunun saxlayıb-saxlamayacağı da bəlli deyil. Tamhüquqlu üzvlərdə hər 3 ildən bir dəyərləndirmə aparılır. Qrafiklə Azərbaycana dəyərləndirmə missiyası gələn ilin iyulunda gəlməli idi.

MSŞT Azərbaycanla bağlı müzakirələrə məhz vətəndaş cəmiyyətinə təzyiqlər səbəbindən başlamışdı. Sentyabrın sonunda ölkəyə faktaraşdırıcı missiya göndərilmişdi. İlkin olaraq üç variant – Azərbaycanın təşəbbüsdən çıxarılması, fəaliyyətin müvəqqəti dayandırılması, ölkəyə erkən dəyərləndirmə missiyasının göndərilməsi müzakirə olunub. Lakin birinci variantla bağlı konsensus əldə olunmayıb.

“OLMAYAN YERDƏ BU DA QƏRARDIR”

İqtisadçı Zöhrab İsmayılın fikrincə, İdarə Heyəti 3 mümkün variantın ən pisini seçib:

Zöhrab İsmayıl, iqtisadçı
Zöhrab İsmayıl, iqtisadçı

“Amma olmayan yerdə bu da qərardır... Həm də bu o deməkdir ki, bu məsələ azı 6 ay uzandı. Mümkündür ki, o vaxtadək də koalisiya hökumətin xeyli dərəcədə nəzarətində olsun,” iqtisadçı facebook-da yazır.

MSŞT beynəlxalq idarə heyətinin üzvü olan Qubad İbadoğlu isə qeyd edib ki, vətəndaş cəmiyyəti ilə bağlı hökumətin qarşısına 3 tələb qoyulub:

MSŞT TARİXİNDƏ İLK QƏRAR

“Onların hər biri bizim üçün çox önəmlidir. Odur ki, Claire-nin bəyanatı ilə nəticə çıxarmaq düzgün deyil. Səbr edin, tezliklə qərar tam şəkildə ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda qaydalara (standartlar 1.7) görə, 1-ci və 2-ci variantla bağlı qərar yalnız dəyərləndirmə nəticəsində verilə bilər. Dəyərləndirməni indidən başlamaq mümkün deyil, qaydalara görə tender keçirilməli və qiymətləndirici şirkət seçilməlidir. Bu da ən azı 2 ay tələb edir. İstənilən halda, bu qərar MSŞT tarixində onun İdarə Heyəti tərəfindən birinci dəfədir verilirdi. Hətta MSŞT tətbiq olunan digər dövlətlərin İH nümayəndələrinin də ciddi təzyiqi var idi, çünki presedent yaranıb. Sonra onlar üçün tətbiqindən qorxurdular”.

AZADLIQLARIN GENİŞLƏNDİRİLMƏSİ ÜÇÜN STİMUL

Nyu-Yorkda mənzillənən Human Rights Watch hüquq-müdafiə təşkilatı Myanma iclasından öncə MSŞT-nı Azərbaycanı qurumdan müvəqqəti uzaqlaşdırmaq və üzvlüyün bərpası üçün şərtlər qoymağa çağırmışdı. Qurum oktyabrın 15-də yaydığı bəyanatda bildirir ki, “beynəlxalq şəffaflıq qrupunun xəbərdarlığı Azərbaycana fəalların işinə şərait yaratmaq üçün stimul verir”.

Human Rights Watch-un biznes və insan haqları üzrə böyük tədqiqatçısı Lisa Misol deyib:

Human Rights Watch
Human Rights Watch

“Azərbaycan bu beynəlxalq yaxşı idarəçilik koalisiyasında üzvlüyü ilə öyünür. İndi isə koalisiya Azərbaycana deyir ki, nöqsanları aradan qaldırsın. Hökumət şəffaflıq qurumu qarşısında gərəkən öhdəliklərin yerinə yetirilməsi üçün vacib islahatlar aparmalı, ya da nəticələrə hazır olmalıdır”.

MSŞT təbii sərvətlərlə zəngin ölkələrdə açıq ictimai debatlar vasitəsilə daha yaxşı idarəçilik məqsədilə yaradılmış beynəlxalq koalisiyadır. Bu koalisiyanın qaydaları fundamental azadlıqlara hörmət tələb edir.

Azərbaycan bu təşəbbüsdə iştirakını beynəlxalq prestij kimi təqdim edib. 2009-cu ilin dəyərləndirməsindən sonra Azərbaycana tamhüquqlu üzv statusu verilib və hökumət MSŞT idarə heyətində yer alıb.

MÜSTƏQİL FƏALLARA BİRAZ ÜMİD

“MSŞT İH-nin qərarı Azərbaycanın təşəbbüsdə iştirakının ciddi risklə üzləşdiyini göstərir,” HRW bildirir. Qurumun biznes və insan haqları üzrə böyük tədqiqatçısı Lisa Misol deyib:

“Bu qərarla MSŞT rəhbərliyi hökumətin təzyiqləri altında işləyə bilməyən müstəqil fəallara biraz ümid vermiş oldu. Hökumət önəmli beynəlxalq qrupda statusunu saxlamaq istəyirsə, təzyiqləri dayandırmalı, əsas insan hüquqları öhdəliklərinə hörmət qoymalıdır”.

Son bir ildə Azərbaycan hökuməti müstəqil qrupların fəaliyyətinə əngəllər törədib, MSŞT üzvü öhdəliklərinə əməl etməyib. Bu da MSŞT qaydalarına ziddir. Azad və fəal vətəndaş cəmiyyətinin iştirakı üzvlük üçün ən vacib amillərdən sayılır.

XS
SM
MD
LG