Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:33

İranın xarici işlər naziri 3-tərəfli nüvə danışıqlarında hər sahədə irəliləyiş olduğunu deyir


İranın xarici işlər naziri Javad Zarif deyib ki, Vyanada ABŞ Dövlət katibi John Kerry, Avropa Birliyinin Xarici siyasət rəhbəri Catherine Ashtonla nüvə danışıqlarında hər sahədə irəliləyiş olub. O , danışıqları çətin, ciddi və intensiz adlandırıb.

Zarif bu bəyanatı oktyabrın 16-da bir gün əvvəl keçirilmiş 6 saatlıq görüş barədə verib.

Zarif bundan sonra da Vyanada qalacaq və P5+1 formatında danışıqlarda iştirak edəcək. Bu danışıqlarda ABŞ, Rusiya, Çin, Britaniya, Fransa üstəgəl Almaniya iştirak edir.

Zarif deyib ki, o, 3-4 həftədən sonra Ashton və Kerry ilə yenidən görüşəcək.

XS
SM
MD
LG