Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:52

Həmkarlar təşkilatlarının səlahiyyətləri genişləndirilə bilər


Hadı Rəcəbli: «Biz istəyirik ki, həmkarların rolunu bir az artıraq»
Hadı Rəcəbli: «Biz istəyirik ki, həmkarların rolunu bir az artıraq»

«Sovet vaxtında olan həmkarlar ittifaqı işçilərin hüquqlarını çox ciddi şəkildə müdafiə edə bilirdi. İşçiləri həmkarlar ittifaqının razılığı olmadan işdən çıxarmırdılar»-bu sözləri 1986-cı ildən bəri müxtəlif dövlət müəssisələrində çalışan 60 yaşlı Mirvari Qəhrəmanlı deyir. Onun bildirdiyinə görə, bir vaxtlar işçisinin nəinki əmək və sosial hüquqlarının müdafiəsini, hətta onun istirahətini belə təşkil edən Həmkarlar İttifaqları indi səlahiyyətsiz bir quruma çevrilib. Hazırda qüvvədə olan Əmək Məcəlləsinə görə işçi öz razılığı olmadan işdən azad edilərkən Həmkarlar İttifaqının rəyi nəzərə alınmır. Əmək hüququ pozulmuş işçi ittifaqa yalnız şikayət ərizəsi ilə müraciət edə bilər. Həmkarlar təşkilatı isə ərizəni lazımi ünvana çatdırmaqla vəzifəsini yerinə yetirmiş hesab edir. Respublika üzrə mövcud olan 28 həmkarlar ittifaqının birləşdiyi Həmkarlar İttifaqları Konfederasiyası Aparatının rəhbəri Həsən Cəfərov isə deyilənlərlə razılaşmır.

İşəgötürən həmkarlar təşkilatına 3 gün ərzində işçini azad etməsini əsaslandıran arayış təqdim etməlidir
Onun qənaətinə görə, həmkarlar ittifaqlarının fəaliyyətində əvvəlki illərlə müqayisədə heç nə dəyişməyib və ittifaqlara edilən müraciətlərin sayının ildən-ilə artması işçilərin inamının sübutudur: «Son 5 il ərzində müraciət edənlərin sayı xeyli artıb, orta hesabla 70-80 minə çatıb. Təkcə 2005-ci ildə müraciət edənlərin 80-90%-nin problemi həll olunub. Bundan başqa, güzəştli şərtlərlə işçilərin istirahəti də təşkil edilir».


Milli Məclisin Sosial Siyasət Komissiyasının sədri Hadı Rəcəbli isə deyir ki, işçi işdən çıxarılarkən Həmkarlar İttifaqının rəyinin nəzərə alınmaması elə onun səlahiyyətlərini məhdudlaşdıran başlıca cəhətdir. Məhz bu cəhəti aradan qaldırmaq üçün komissiya Milli Məclisin oktyabrın 10-da keçiriləcək iclasında Əmək Məcəlləsinin yeni layihəsini müzakirəyə çıxarmağı planlaşdırır. Məcəllədə əsas dəyişiklik Həmkarlar İttifaqına yeni səlahiyyətlərin verilməsi ilə bağlıdır: «Biz istəyirik ki, həmkarların rolunu bir az artıraq. Elə etmişik ki, işəgötürən həmkarlar təşkilatına 3 gün ərzində işçini azad etməsini əsaslandıran arayış təqdim etsin. Məhz bu arayış vasitəsilə həmkarların işçini müdafiə etmək hüquqları genişlənəcək».


O ki, qaldı işçilərin istirahətinin təşkilinə Hadı Rəcəbli deyir ki, burda artıq həmkarlar ittifaqları özləri fəallıq göstərməlidirlər. Komissiya sədrinin fikrincə, təşkilatlar öz imkanları hesabına da istirahət təşkil edə bilərlər, sadəcə təşəbbüskarlıq olmalıdır.


XS
SM
MD
LG