Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 01:29

Lənkəran və Astaranın kəndlərində yağışdan bəzi evlər qəzalı vəziyyətə düşüb...


-

Gözlə

No media source currently available

0:00 0:04:00 0:00
Direct-ə keçid

Azərbaycanın Cənub bölgəsində aramsız yağan yağış çaylarda suyun səviyyəsinin qalxmasına səbəb olub. Lənkəran rayonunun Siyavər, Şəğlaküçə, Astara rayonunun Ərçivan kəndlərində və Xəzər dənizin sahillərində yerləşən bəzi evləri su basıb. Lənkəran rayonunun Gəgiran kəndinin ərazisində torpaq sürüşüb, 5 yaşayış evi qəzalı vəziyyətə düşüb. Ən ağır vəziyyət isə Lənkəran-Lerik yolunda müşahidə olunur.

Son 3 gündə yol bir neçə dəfə bağlanıb. Lerik rayon Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikovun deməsinə görə istənilən vaxt torpaq sürüşüb yolu tam tuta bilər:

“YOLUN 17-ci, 23-cü, 27-ci, 37-ci VƏ 40-cı KİLOMETRİNDƏ VƏZİYYƏT AĞIRDIR”

“Yağış bizim ən ağrılı yerimizdir, Lerik –Lənkəran yolu pis vəziyyətdədir. Əvvəlki günlərdə möhkəm sel-su var idi, sürüşmə yerləri aktivləşirdi. Yolun 17-ci, 23-cü, 27-ci, 37-ci və 40-cı kilometrində vəziyyət ağırdır. Fakt budur ki, təhlükəlidir. Təəssüflər olsun ki, yazırıq gəlirlər, baxırlar, sənədləşdirilər, çıxırlar gedirlər. Tədbir isə yoxdur.

Atıblar yol idarəsinin üstünə. Yol idarəsinin də bir dənə “Qıreyder”i var, onun da dünəndən motoru töküb qalıb, orda. Birdən torpaq gəlsə onu necə təmizləyəcəklər, bilmirəm?”

Komissiya sədri hesab edir ki, yol yenidən əsaslı təmir edilməlidir və alternativ yol çəkilməlidir:

“LERİK RAYONU YEGANƏ RAYONDUR Kİ, GİRİŞİ VAR, ÇIXIŞI YOXDUR”

“Buna külli miqdarda vəsait lazımdır, kömək lazımdır. 2005-ci ildə tikilmiş yoldur, dağıldı. Yenidən buna sərmayə qoymaq lazımdır. Lerik rayonu yeganə rayondur ki, girişi var, çıxışı yoxdur. Bunun alternativ yolu olmalıdır. Bu yol birdən bağlandı. Bəs bu camaat hara gedəcək, necə gedəcək?”

Astaraçay
Astaraçay

Lənkəran rayonun dağlıq ərazisində yerləşən Gəgiran kəndin sakinləri də məmurların biganəliyindən şikayət edirlər. Onların deməsinə görə yağan yağışlar bir neçə yerdə torpağın sürüşməsinə səbəb olub. Evlər qəzalı vəziyyətdədir. Gəgiran kənd sakini Şəfi Şıxcanovun deməsinə görə, yağışlar davam etsə evlər torpaq altında qalacaq:

“SƏSİMİZƏ SƏS VERƏN YOXDUR”

“Yağıntılarla əlaqədar evim qəzalı vəziyyətdədir. Səsimizə səs verən yoxdur. Dəfələrlə dövlət məmurlarına müraciət olunub. Yağış nəticəsində torpaq sürüşüb, ev uçulmaq üzrədir.”

Şəfi Şıxcanov da deyir ki, yollar da bərbad vəziyyətdir:

“Yolumuz yoxdur uşaqlar məktəbə getsin.”

Şəfi Şıxcanov deyir ki, kəndə qəzalı vəziyyətə düşən evlər çoxdur. Bu vəziyyətə baxmayaraq ailələr həmin evlərdə yaşamaqda davam edirlər:

“İNDİ 5 EV QƏZALI VƏZİYYƏTDƏDİR”

“İndi 5 ev qəzalı vəziyyətdədir .Torpaq arxadan gəlib düşüb evin üstünə. Bu evdə 12-13 adam yaşayır. Onları çıxatmağa da imkan yoxdur. Kimin evinə gedəsən.”

Kəndin problemləri qəzalı evlərlə bitmir
Kəndin problemləri qəzalı evlərlə bitmir

Gəgiran kəndində evi qəzalı vəziyyətə düşənlərdən biri də Hacı Mirzəyevdir:

“Birinci qrup əliləm, mənim evim qəzalı vəziyyətdədir. Bu yağışdan sonra biraz da pis olub. Yağış oldu, külək oldu hər an təhlükə ilə üz-üzəyik.”

Hacı Mirzəyevin sözlərinə görə, yaşadığı ev ötən əsrin 60-cı illərində gildən inşa edilib.

Daha bir qəzalı evin sahibi is Ələkbər Məmmədovdur. Onun sözlərinə görə kəndin problemləri qəzalı evlərlə bitmir. O deyir ki, adambaşına düşən 8-9 sot torpaqla yaşamaq qeyri mümkündür. Hacı Mirzəyevin sözlərinə görə bir neçə dəfə kəndə yoxlama gəlib. Qəzalı evlərlə tanış olublar. Lakin heç nə dəyişməyib.

İCRA NÜMAYƏNDƏSİ NƏ DEYİR?

Gəgiran kənd icra nümayəndəsi İsmayıl Cəvərov da deyir ki, sakinlərin xahişi ilə Föqəladə Hallar Nazirliyin komissiyası oktyabrın 28-də kəndə olub.

İcra nümayəndəsinin deməsinə görə kəndin ara yolları həqiqətən də pis vəziyyətdədir. Lakin əsas yolla hərəkət etmək mümkündür. İsmayıl Cəvərov deyir ki, kənd uşaqlarının məktəbə getmələri üçün heç bir problem yoxdur.

İqtisadçı Vidadi Mirzəyev də deyir ki, hökumət təbii fəlakətlərə daim hazır olmalıdır. O qeyd edir ki, kənddə olan qəzalı evlərin təmir etmək üçün Azərbaycan hökumətinin kifayət qədər imkanı var. Sadəcə xalqın dərd-sərinə yanmaq lazımdır...

XS
SM
MD
LG