Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:52

Roma Papası: «Təkamül nəzəriyyəsi doğrudur, Allahsa sehrbaz deyil»


-

Roma Papası: Təkamül nəzəriyyəsi doğrudur, Allahsa sehrbaz deyil

Roma papası Francis Papa Elmlər Akademiyasına müraciətində mütərəqqi, lakin təxribat kimi də qiymətləndirilə biləcək bəyanatlar vermək xasiyyətini davam etdirib.

Allahın sehrli çubuğu yox imiş

Müqəddəs ata Vatikana toplaşmış auditoriyasına deyib ki, kainatın yaranması barədə Böyük Partlayış nəzəriyyəsini və təkamülə dair elmi nəzəriyyələri qəbul edir.

Papa bildirib ki, bütün bunları qəbul etmək Allaha inanmaqla heç bir ziddiyyət təşkil etmir.

“Biz yaradılış haqqında Genesisi oxuyanda, belə bir yanlış təsəvvürə gələ bilərik ki, guya Allah sehrbazdır və öz sehrli çubuğu ilə hər şeyi etməyə qabildir. Lakin bu, belə deyil, - deyib Francis, - o insan məxluqlarını yaradıb və onların hər birinə yerinə yetirilməsi üçün daxili qanunlar verərək inkişaf imkanı yaradıb”.

Meymunu yada salmayıb

Bu bəyanatla papa həmçinin insanın meymundan yaranmasına dair cəncəlli məsələdən yan ötüb.

Ateistlər deyirlər ki, kainatın Böyük Partlayışdan doğduğunu qəbul edəndə Allaha ehtiyac qalmır.

Əlbəttə, Roma papası bu mülahizə ilə razılaşmır, sadəcə olaraq Allahın sehrbaz olmadığını söyləyir.

Təkamülün təkamül etdirdiyini kim yaradıb?

“Allah ilahə qüvvə və ya sehrbaz deyildir, lakin hər bir şeyə həyat vermiş Yaradandır – deyib Francis, - Təbiətin təkamülü yaradılış anlayışı ilə ziddiyyət təşkil etmir, çünki təkamülün özü də təkamül olunacaq şeylərin varlığını tələb edir”.

Mətbuat yazır ki, belə bir düşüncə tərzi Katolik Kilsəsində yenilik deyil və katolik keşişləri papa 16-cı Pius-dan bu yana 6 əsr ərzində ilahi təkamül ideyasını qəbul ediblər. Lakin bu təkamül əlbəttə, ali qüvvənin varlığının qəbul olunması ilə birlikdə məqbul sayılıb.

Başqa sözlərlə, insanın yaradılması Allahın iradəsi ilə baş verib və o, ayrılıqda təkamül prosesinin məhsulu sayıla bilməz.

XS
SM
MD
LG