Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:25

Çingiz Aytmatovun «Hekayələr»i təqdim olunub


Çingiz Aytmatovun “Hekayələr” kitabı
Çingiz Aytmatovun “Hekayələr” kitabı

-

Qırğız yazıçısı Çingiz Aytmatovun “Hekayələr” kitabı “Altun Kitab” nəşriyyatının “Hekayə ustaları” seriyasından azərbaycan dilində işıq üzü görüb.

AYB Mətbuat Xidmətinin yaydığı xəbərə görə, Qırğızıstanın Azərbaycandakı Səfirliyində kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə Qırğızıstan Respublikası XİN-in Avropa və Amerika ölkələri departamentinin başçısı Kanat Tursunkulov, Qırğızıstan Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Aydjiqit Buranov, TÜRKPA baş katibinin müavini Altınbek Mamayusupov, səfirliyin iqtisadi məsələlər üzrə müşaviri Yusif Təhməzov və dəvətli oaraq AYB sədri, xalq yazıçısı Anar, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərov və b. iştirak ediblər.

TÜRKPA baş katibinin müavini Altınbek Mamayusupov Türk cümhuriyyətlərində bu cür kitabların nəşr və təbliğ olunmasına xüsusi önəm verdiyini qeyd edib.

Təqdimat mərasimində kitabın tərcüməçiləri şair İbrahim İlyaslı və Təranə Quliyeva səfirliyin mükafatları ilə təltif ediliblər.

Qırğız yazıçısı Çingiz Aytmatov (1928-2008) dünya ədəbiyyatının klassiklərindən sayılır.

O “İlk müəllim”, "Gün var əsrə bərabər”, “Darağacı” , “Əlvida, Gülsarı” və s məşhur romanların müəllifidir.

Yazıçı Sovetlər dönəmində 3 dəfə Dövlət Mükafatına və dünyanın saysız ədəbiyyat mükafatlarına layiq görülüb.

Çingiz Aytmatov 2008-ci ildə 80 yaşında Almanyanın Nürenberq şəhərində yerləşən klinikada vəfat edib.

XS
SM
MD
LG