Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:03
"Büdcəmiz təmkinli büdcədir"
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

"Büdcəmiz təmkinli büdcədir"

Milli Məclisdə 2015-ci ilin büdcə müzakirələri başa çatıb [Video]

-

Noyabrın 18-də Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başlayıb. Büdcə 90 dollardan hesablanıb. Layihənin müzakirəsi 3 gün davam edib.

Ən son xəbərlər yazının yuxarı bölümündədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»da daha öncə gedən xəbərlərlə tanış olmaq imkanınız var.

17:16 19.11.2014

«Orta məktəb müəllimləri ipotekadan yararlana bilmir»

Deputat Qənirə Paşayeva müəllimlərin əməkhaqlarının aşağı olması səbəbi ilə ipotekadan yararlana bilmədiklərini deyib:

«Orta məktəb müəllimlərinin böyük bir hissəsi ipotekadan yararlana bilmir. Onlar ipoteka üçün müraciət edəndə əməkhaqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların bir çoxu dövlətin bu sistemindən yararlana bilmirlər».

O, bildirib ki, orta məktəb müəllimlərinin ipotekadan öz mənzil problemlərinin həlli üçün yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var. Qənirə Paşayevə müəllimlərin maaşlarının artırılmasına və ipoteka şərtlərinin yumşaldılmasına çağırıb.

17:10 19.11.2014
Deputat Siyavuş Novruzov
Deputat Siyavuş Novruzov

«Sabah İŞİD gələndə bəstəkar axtarmayacaq»

Siyavuş Novruzov: «23 ildir eşidirik ki, təhsildə islahatlar gedir, biri Bolinoya gətirir, biri Kurrikulum. Amma ildən-ilə də Tələbə Qəbul Dövlət Komissiyasının imtahanlarında ballar aşağı düşür. Müəllimlərin sayı əhali nisbəti ilə götürsək, ABŞ-dakı müəllimlərdən 3 dəfə çoxdur.

Hərbi xidmətə çağrılan gənclərin əksəriyyəti ordunun tələblərinə cavab vermir. Məktəblərdə hərbi dərsləri bərpa etmək lazımdır. Sabah İŞİD gələndə bəstəkar axtarmayacaq. Onun qabağına əsgər çıxmalıdır. Heç olmasa, silahın növlərini bilsinlər. Bizdə iki ton kitab çap edirlər. Üz qabıqlarını da elə düzəldirlər, soyuq silaha oxşayır, kimin başına vursan, orda qalar, içində də bir şey yoxdur».

Siyavuş Novruzov daha sonra siyasi partiyaların maliyyələşməsi məsələsinə toxunub: «QHT-lərlə bağlı qanun qəbul elədik ki, onlar nazirliklərdən də, fərdi şəxslərədən də, reklam sifarişləri də ala bilərlər. Bəs bu siyasi partiyalar nədən sifariş alsın? Nəyi reklam etsinlər? Partiyaların maliyyə büdcəsini artırın ki, bunların da bir qırışığı açılsın».

Davamı

XS
SM
MD
LG