Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 20:45

Rauf Mirqədirovun həbsi daha 5 ay uzadılıb


Rauf Mirqədirov
Rauf Mirqədirov

-

Nəsimi rayon Məhkəməsi jurnalist Rauf Mirqədirovun həbs müddətinin daha 5 ay uzadılması ilə bağlı qərar verib.

Bu barədə AzadlıqRadiosuna jurnalistin vəkili Fuad Ağayev məlumat verib. O, məhkəmənin vəkillərin iştirakı olmadan qərar çıxarmasını qanunsuz hesab edib.

Rauf Mirqədirovun həbs müddəti noyabrın 19-da başa çatıb. Fuad Ağayev həmkarı Elmar Süleymanovla birgə noyabrın 20-də R.Mirqədirovla görüşmək istəyib:

«Amma bizim görüşümüz mümkün olmadı. Məhkəmə bizim iştirakımız olmadan R.Mirqədirovla bağlı noyabrın 20-də qərar çıxarıb».

Fuad Ağayev bildirib ki, məhkəmənin hökmündən apellyasiya şikayəti verəcək.

Rauf Mirqədirov «Zerkalo» qəzetinin Ankara müxbiri idi. O, bu ilin aprelində Türkiyədə saxlanıb və Azərbaycana göndərilib. O, dövlətə xəyanətdə ittiham olunur.

XS
SM
MD
LG