Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:42

Xədicənin həbsi: 20 gün sonra

Xədicə həbsinin əvvəlki günlərinin xronikasını burada oxu

Dekabrın 5-də Xədicə İsmayıl həbs olunub. Onu ittiham edirlər ki, Tural Mustafayev adlı şəxsi özünə qəsd həddinə çatdırıb. Dekabrın 6-da Xədicə İsmayılın evində axtarış aparılıb. Azad Avropa AzadlıqRadiosu korporasiyasının rəhbərliyi jurnalistin həbsinin arxasında onun peşə fəaliyyətinin durduğunu bəyan edərək, Azərbaycan prezidentinin və digər məmurların qanunsuz biznesini üzə çıxardığına görə Xədicədən qisas alındığını bildirib. Beynəlxalq ictimaiyyət də Azərbaycan hakimiyyətinin əməllərini pisləyib. Hakimiyyət nümayəndələri bu ittihamları rədd edir.

AzadlıqRadiosunun saytında Xədicə İsmayılla bağlı online forum mövcuddur. Burada onun həbsi haqda fikirlərini sən də bölüşə, Xədicəyə sual göndərə bilərsən.

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

16:21 16.12.2014

Xədicə İsmayıl vicdan məhbusu oldu

Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında aksiya. 10 dekabr 2014
Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında aksiya. 10 dekabr 2014

«Amnesty International» (AI) hüquq-müdafiə təşkilatı AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılı vicdan məhbusu elan edib. Qurum jurnalistin siyasi motivlə saxlandığını bildirir. Ətraflı burada oxu

17:10 16.12.2014

XƏDİCƏNİN HƏBS TARİXÇƏSİ

Tezliklə Videfaktda bax
Gözlə
Embed

No media source currently available

0:00 0:01:11 0:00


AzadlıqRadiosunun Videofakt rubrikası bu dəfə prezidentin qızının səsləndirdiyi ifadədən Xədicənin həbsinə qədər olan hadisələrin xronologiyasını təqdim edir

Davamı

XS
SM
MD
LG