Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:36

Diktatorların xoşladığı yeməklər


Iosif Stalin (sağda)
Iosif Stalin (sağda)

-

Yuqoslaviya rəhbəri Tito ölkəsinə qonaq gələn zadəganlar, estrada ulduzlarının qarşısına ən bahalı təamlar düzdürsə də, özünün ən çox xoşladığı – donuz salosu idi.

Diktatorların yediyi yeməklərin onların düşüncəsi, davranışı ilə bir əlaqəsi varmı?

Yemək zövqü onların dünyagörüşünün, xasiyyətinin təsiri ilə formalaşır, yoxsa əksinə, onların dünyagörüşü və davranışlarında yedikləri yeməklərin təsirini axtarmaq olar?

Victoria Clark və Melissa Scott yeni çap olunan “Diktatorların naharı” (Dictators' Dinners) adlı kitablarında bunu araşdırırlar.

Bir çox diktatorlar qocaldıqca yedikləri yeməyə daha həssas yanaşıblar. Məsələn, Koreya Xalq Demokratik Respublikasının keçmiş rəhbəri Kim Il-sung tələb edərdi ki, onun üçün bişirilən düyünün hər bir dənəsi məxsusi olaraq seçilsin. O hətta öz ömrünü uzatmaq üçün ayrıca institut da yaratmışdı.

Rumıniya diktatoru Nicolae Ceaușescu isə xaricə səfər edəndə yeməyini də özüylə aparardı. Bu həmin ölkələrin rəhbərlərini qıcıqlandırardı.

Diktatorların çoxu əyalətdən çıxmış adamlar olduqları üçün onların menyusunda da daha çox “dədə-baba” yeməkləri üstünlük təşkil edib.

Məsələn, Yuqoslaviya rəhbəri Tito ölkəsinə qonaq gələn zadəganlar, estrada ulduzlarının qarşısına ən bahalı təamlar düzdürsə də, özünün ən çox xoşladığı – donuz salosu idi.

Adolf Hitler
Adolf Hitler

Portuqaliya diktatoru Antonio Salazar siyənək balığı xoşlayardı. Deyərdi ki, bu ona kasıblıq içində keçən uşaqlığını xatırladır. O zamanları ki, bir balığı qardaşı ilə bölərdi.

​Çox gərgin iş qrafikləri də diktatorların yemək seçiminə təsir edib. Məsələn, Adolf Hitlerin mədəsində problem varmış. Köp yaranarmış. Deyilənə görə, onu vegetarian olmağa vadar edən də məhz bu olub. Amma Hitlerdən fərqli olaraq Liviya diktatoru qarnında yaranan qazları buraxmaq məsələsində qətiyyən sıxıntı keçirməzmiş.

Çinin kommunist lideri Mao Zedong isə çoxlu ət yeyirdi və buna görə də tez-tez böyük bayıra getmək tələbatı yaranırdı.

İraqın qəddar diktatoru Səddam Hüseyn isə sağlam qida tərəfdarı olsa da, uşaqlıqdan şokolad "xəstəsi" idi. Ən sevimli şokoladı isə "Quality Street" ("Nestle" şirkəti istehsal edir) idi.

Quality Street
Quality Street

Sovet diktatoru İosif Stalinin sağlamlığı onun adına uyğun gəlməliydi. Onun təşkil etdiyi ziyafətlərdə stolun üstündə ən dadlı gürcü yeməkləri, satsivi və başqa delikatesləri, çaxırlarından barmaq qoymağa yer olmazdı. Məclislər gecə 11-dən səhər saat 5-ə qədər davam edərdi. Bir çoxları sağlamlığına ziyan olsa da, rəhbərin yanında hamı kimi çox içməyə və düzlü-istiotlu yemək yeməyə məcbur olardı. Həmin ziyafətlərin birindən sonra isə, deyilənə görə, SSRİ-nin gələcək lideri Nikita Xruşşov yatağını isladıbmış.

Həyatına dəfələrlə sui-qəsd təşkil edilmiş Hitlerin 15 nəfərlik dequstator qız dəstəsi vardı. O, yeməyi dequstatorlardan 45 dəqiqə sonra yeyərdi.

Ceaușescu-nun mühafizəsindəki zabitlərdən biri isə həm də kimyaçı idi və xarici səfərlərə özüylə səyyar qida sinağı laboratoriyası götürərdi. Amma bütün bu təhlükəsizlik tədbirlərinin nə Hitlerə, nə də Ceaușescu-ya xeyri olmuşdu. Heç biri öz əcəliylə ölməmişdi.

XS
SM
MD
LG